Xarici ölkələrdə ixtisasartırma kursları təşkil edilir - Elan

​Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən səhiyyənin prioritet sahələri (kardiologiya, cərrahiyyə, anesteziologiya və reanimatologiya, qastroenterologiya, travmatologiya və ortopediya, urologiya və uşaq urologiyası, neonatologiya və pediatriya, vizual diaqnostika, mama-ginekologiya, psixiatriya, laboratoriya işi və otolarinqologiya) üzrə gənc tibb mütəxəssislərinin bilik və bacarıqlarının artırılması məqsədi ilə ixtisasartırma kursları təşkil olunur. 2013-cü il ərzində kursların təşkili əsasən Türkiyənin, Almaniyanın və s. ölkələrin aparıcı klinikalarında həyata keçiriləcəkdir.

Kurslarda iştirak üçün əsas tələblər:

Yuxarıda adıçəkilən ixtisaslar üzrə 45 yaşadək 3 il iş stajı və xarici dillərə (ingilis, alman, türk və rus) yiyələnmiş mütəxəssislər:

Bakı şəhəri üzrə dövlət xəstəxanalarında habelə bölgələr üzrə Perinatal Mərkəzlərdə və Mərkəzi Rayon Xəstəxanalarında işləyən mütəxəssislər müraciət edə bilərlər

Müraciətlər 1 aprel -20 may 2013-cü il tarixlərində Səhiyyə Nazirliyinin 246 nömrəli otağında saat 10:00-dan 16:00 qədər qəbul olunur

Kurslarda iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- kadrların şəxsi uçot vərəqəsi + 1 şəkil (3x4)

- tibb universitetinin diplomunun sürəti

- internatura haqqında şəhadətnamənin sürəti

- əmək kitabçasının sürəti

- Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri təkmilləşdirməsi İnstitutunun və digər təkmilləşdirmə kurslarının şəhadətnaməsinin sürəti

Baxılıb: 978