II tip Diabetin müalicəsi üçün kəşf olunmuş yeni dərman qaraciyərdə qlükoza sintezini hədəfləyir.

II tip Şəkərli Diabetin müalicəsi üçün kəşf olunmuş yeni dərman qaraciyərdə qlükoza sintezini hədəfləyir.

II tip Şəkərli Diabetin müalicəsində insan orqanizminin insulinə qarşı həssaslığını artırmaq yerinə, qaraciyərdə qlükoza sintezini ləngitmək mümkündürmü?
Bu haqda Vaşinqton Universitetinin Tibb Fakultəsindəki elmi-tədqiqat qrupu “Cell Metabolism” jurnalında məqalə dərc edibdir.
Heyvanlar üzərində aparılan çoxsaylı tədqiqatlar zamanı aşkar olunub ki, qlükoza sintezini idarə edən protein tam blok olunanda qan şəkəri miqdarında aşkar azalma baş verir. Qrupun rəhbəri Brian N. Finck`in sözlərinə görə, bu üsul II tip Şəkərli Diabetin müalicəsində daha effektlidir.
Araşdırma zamanı müəyyən olunub ki, piruvat transportunun blok olunması qlükozanın qanda miqdarının azalması ilə nəticələnir. Bundan əvvəl də bu mövzu ətrafında bir neçə araşdırmalar aparılıb. Və tədqiqatçılar bu mexanizmə müdaxilə olunmasını təklif etmişdilər. Mexanizm isə bundan ibarətdir ki, qandakı piruvatın hepotosit mitoxondrilərinə transportu bloklandığı zaman, qaraciyərdən qlükozanın çıxışı əngəllənir. Bu da öz növbəsində qandakı qlükoza miqdarını azaltmış olur. Mitoxondrilər- insan orqanizmini enerji ilə təmin edən hüceyrə daxili kiçik orqanellalardır.
Professor Finck və onun həmkarları bu mexanizmi əsas tutaraq göstərdilər ki, mitoxondrial piruvat daşıyıcı protein 2-nin (MPC-2) inhibə olunması piruvat transportunu effektiv zəiflədir və nəticə etibariylə qandakı qlükozanın miqdarı azalır.
Həmçinin tədqiqatçı qrup inanır ki, piruvat transpotunu pozmaq Alkoqolsuz yağlı qaraciyer xəstəliyinin (NAFLD) müalicəsində effektivdir,hansı ki bu xəstəlik daha çox artıq çəkidən əziyyət çəkən insanlarda görünür. Bu dərmanın istifadəsi II tip Şəkərli Diabet xəstəliyini 40% daha təhlükəsiz edəcək. Bu isə 29 milyon xəstənin xilası deməkdir.
Onlar bu dərmana Pipeline (Pipelin-MSDC-0602) adını veriblər.

 

Qeyd: Tərcümə olunmuş məqalənin hüquqları Memorial Klinikə məxsusdur. 

 

Baxılıb: 882