




Anti-Gliadin IgA
Anti Gliadin IgA qlüten zülalının qliadin komponentinə qarşı sintez olunan anticisimlərdir. Qlüten zülalı buğda, arpa, çovdar kimi dənli bitkilərin tərkibində mövcud olur. Anti Gliadin IgA əsasən seliak xəstəliyi (qlütenə-həssas enteropatiya) zamanı aşkarlanır. Seliak xəstəliyi qlüten zülalına qarşı genetik dözülməzliyi olan şəxslərdə rast gəlinən nazik bağırsağın autoimmun iltihabi xəstəliyidir. İshal, qarında köp, malabsorbsiya (qida maddələrinin sorulmasının pozulması), bədən çəkisinin itirilməsi seliak xəstəliyinin əsas simptomlarıdır. Xəstəlik ilk dəfə uşaq sıyıqla qidalanmaya keçdikdən sonra üzə çıxır.
Tədqiqat metodu: İmmunoferment analiz (ELISA)
Müayinəsinə göstəriş:
Anti Gliadin IgA əsasən seliak xəstəliyini tədqiq etmək, gedişatını izləmək və "gluten-free" (qlütensiz qidalanma) pəhrizinin müalicəvi effektini obyektiv dəyərləndirmək üçün müayinə olunur. Bu anticisimləri Anti gliadin IgG ilə birgə müayinə etmək daha uyğun hesab olunur. Çünki immunoqlobulin A defisiti olan pasientlərdə Anti Gliadin IgA anticisimlərini aşkarlamaq mümkün olmur.
Xüsusi hazırlıq tələb olunmur. Lakin pasient "gluten-free" (qlütensiz qidalanma) pəhrizi saxlayırsa, müayinədən əvvəl bu pəhrizi dayandırmaq tövsiyyə olunur.
Anti Gliadin IgA aşağıdakı hallarda pozitiv olur:
- Seliak xəstəliyi
- Herpetiform dermatit; dəridə davamlı qaşıntı hissi verən, boyunun arxası, qalça, dirsək, diz, kəllə, qasıq, üz nahiyyəsində adətən simmetrik yerləşən vezikulyar səpgilərlə xarakterizə olunur.
- "Gluten-free" (qlütensiz qidalanma) pəhrizini pozduqda
- Birləşdirici toxumanın autoimmun xəstəlikləri (az hallarda)
Anti-Gliadin (IgA) normal dəyəri aşağıdakı kimidir:
- < 12 yaş < 12,5 U/ml
- > 12 yaş < 25,0 U/ml
Tədqiqat metodu: İmmunoferment analiz (ELISA)
Qeyd: Müayinə metodu və analizin icra olunduğu cihazdan asılı olaraq normal dəyər qismən fərqli ola bilər. Nəticəni düzgün qiymətləndirmək üçün bu, nəzərə alınmalıdır.
Anti Gliadin IgA immun sistemi tərəfindən qliadin molekuluna qarşı sintez olunan anticisimlərdir. Qliadin buğda, arpa, çovdar kimi dənli bitkilərin tərkibində mövcud olan qlüten zülalının əsas komponentidir. Bu anticisimlər əsasən seliak xəstəliyi (qlütenə-həssas enteropatiya) zamanı aşkarlanır.
Seliak xəstəliyi qlüten zülalına qarşı genetik dözülməzliyi olan şəxslərin nazik bağırsağında qlüten-tərkibli dənli bitkilərin qəbulundan sonra yaranan autoimmun iltihabi xəstəlikdir. Bu zaman bağırsaqların selikli qişası iltihablaşır, tədricən bağırsaq xovları atrofiyalaşır (villoz atrofiya), epitelial hüceyrələrin arasına limfositlərin infiltrasiyası baş verir. Pasientlərdə ilkin olaraq ishal (və ya qəbizlik), abdominal ağrı, meteorizm (köp), malabsorbsiya sindromu kimi bağırsaqların iltihabına bağlı əlamətlər üzə çıxır. Xəstəlik proqressivləşdikcə böyümə və inkişafın ləngiməsi, dəmir defisitli anemiya, osteoporoz, xroniki yorğunluq sindromu, aftoz stomatit (ağızın selikli qişasında kiçik ölçülü yaralar əmələ gəlir), herpetiform dermatit (dəridə davamlı qaşıntı hissi verən, boyunun arxası, qalça, dirsək, diz, kəllə, qasıq, üz nahiyyəsində adətən simmetrik yerləşən vezikulyar səpgilərlə xarakterizə olunur) kimi ciddi ağırlaşmalar baş verir. Bəzi pasientlərdə ataksiya, periferik nevropatiyalar üzə çıxır. Bu xəstəlik zamanı genetik həssaslıq DQ2 və DQ8 HLA (human leukocyte antigen) markerlərinə bağlı olur.
Seliak xəstəliyinə şübhə yarandıqda pasientin qan zərdabında Anti Gliadin IgA müayinə olunur. Lakin selektiv IgA defisiti olan pasientlərdə Anti Gliadin IgG-nin müayinəsi daha uyğun hesab olunur. Seliak xəstəliyini daha ətraflı tədqiq etmək üçün bu anticisimlərlə yanaşı Anti DGP IgA/IgG (deamidləşmiş qliadin zülalı), Toxuma transqlutaminzasına və Endomisial antigenə qarşı sintez olunan IgA/IgG müayinə olunmalıdır.
Seliak xəstəliyinin yekun və dəqiq diaqnozu isə nazik bağırsağın biopsiyası əsasında qoyulur.
Son illər bu patologiyanın tədqiqində HLA tipləmə testindən istifadə olunur. HLA-DQ2 və HLA-DQ8 markerlərindən biri və ya hər ikisinin aşkarlanması pasientdə Seliak xəstəliyinə genetik meyl olduğunu göstərir.
Xüsusi hazırlıq tələb olunmur. Lakin pasient "gluten-free" (qlütensiz qidalanma) pəhrizi saxlayırsa, müayinədən əvvəl bu pəhrizi dayandırmaq tövsiyyə olunur.
Anti Gliadin IgA aşağıdakı hallarda pozitiv olur:
- Seliak xəstəliyi
- Herpetiform dermatit; dəridə davamlı qaşıntı hissi verən, boyunun arxası, qalça, dirsək, diz, kəllə, qasıq, üz nahiyyəsində adətən simmetrik yerləşən vezikulyar səpgilərlə xarakterizə olunur.
- "Gluten-free" (qlütensiz qidalanma) pəhrizini pozduqda
- Birləşdirici toxumanın autoimmun xəstəlikləri (az hallarda)
Anti-Gliadin (IgA) normal dəyəri aşağıdakı kimidir:
- < 12 yaş < 12,5 U/ml
- > 12 yaş < 25,0 U/ml
Tədqiqat metodu: İmmunoferment analiz (ELISA)
Qeyd: Müayinə metodu və analizin icra olunduğu cihazdan asılı olaraq normal dəyər qismən fərqli ola bilər. Nəticəni düzgün qiymətləndirmək üçün bu, nəzərə alınmalıdır.
Nümunə: qan zərdabı
Nümunə həcmi: 1,0 mL
Minimal həcm: 0,5 mL (bu həcmlə müayinəni təkrar aparmaq mümkün deyil)
Konteyner: qırmızı/sarı qapaqlı birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastik sınaq şüşəsi (gelli sınaq şüşələrinə üstünlük verilir).
Analiz götürüldükdən sonra qan laxtalanan kimi zərdab hissə formalı elementlərdən ayrılmalıdır.
Saxlanma şəraiti:
- Otaq temperaturunda (15-25 ̊C) 24 saat
- Soyuducuda (2-8 ̊C) 5 gün
- Dondurucuda (< -20 ̊C) 30 gün
Nümunənin daşınma temperaturu:
- Otaq temperaturunda
Nümunənin rədd edilməsi:
- Nümunə qabının səhv işarələnməsi
- Bariz hemoliz
- Bariz lipemiya
- Bariz ikteriya
Anti-Gliadin (IgA) normal dəyəri aşağıdakı kimidir:
- < 12 yaş < 12,5 U/ml
- > 12 yaş < 25,0 U/ml
Tədqiqat metodu: İmmunoferment analiz (ELISA)
Qeyd: Müayinə metodu və analizin icra olunduğu cihazdan asılı olaraq normal dəyər qismən fərqli ola bilər. Nəticəni düzgün qiymətləndirmək üçün bu, nəzərə alınmalıdır.
Müayinə müddəti
Qiymət

