




Anti Jo-1 IgG
Anti Jo-1 anticisimlər ANA (antinuklear anticisimlər) qrupuna daxil olan IgG sinfinə aid anticisimlərdir. Jo-1 sitoplazmada yerləşməsinə baxmayaraq ekstraksiya oluna bilən nüvə antigenlərinə (ENA) aid edilir.
Anti Jo-1 anticisimlər birləşdirici toxumanın sistem xəstəlikləri, əsasən də polimiozit, dermatomiozit, ağciyər fibrozu, simmetrik poliartrit zamanı aşkar olunur.
Tədqiqat metodu: İmmunoferment analiz (ELISA)
Müayinəsinə göstəriş:
Anti Jo-1 polimiozit, dermatomiozit kimi idiopatik iltihabi miopatiyaların differensial diaqnozu və monitorinqi (xəstəliyin gedişatının izlənilməsi) üçün müayinə olunur.
Xüsusi hazırlıq tələb olunmur.
Anti Jo-1 IgG aşağıdakı hallarda pozitiv ola bilər:
- Polimiozit
- Dermatomiozit
- İntersititsial ağciyər fibrozu
- Simmetrik poliartrit
Anti Jo-1 IgG-nin normal dəyəri aşağıdakı kimidir:
- Neqativ <15 U/ml
- Şübhəli 15-25 U/ml
- Pozitiv > 25 U/ml
Tədqiqat metodu: İmmunoferment analiz (ELISA)
Qeyd: Müayinə metodu və analizin icra olunduğu cihazdan asılı olaraq normal dəyər qismən fərqli ola bilər. Nəticəni düzgün qiymətləndirmək üçün bu, nəzərə alınmalıdır.
Anti Jo-1 ANA (antinuklear anticisimlər) qrupuna daxil olan anticisimlərdir. Plazma zülallarının IgG fraksiyasına aiddir. Jo-1 (histidil-tRNT sintetaza) sintetaza qrupuna məxsus sitoplazma fermentidir. Bütün eukariot (nüvəli) hüceyrələrin tərkibində mövcud olur. Zülalalların biosintezi zamanı histidin amin turşusunun nəqliyyat RNT-si (ribonuklein turşusu) ilə birləşməsini kataliz edir. Jo-1 komponenti hüceyrənin stipolazmasında yerləşsə də ekstraksiya oluna bilən nüvə antigenləri (ENA) qrupuna aid edilir.
Anti Jo-1 anticisimlər əsasən (30-45% hallarda) idiopatik iltihabi miopatiyalar zamanı aşkarlanır. Bu xəstəliklərə dermatomiozit və polimiozit aid edilir. Autoimmun polimiozit üçün isə Anti Jo-1 laborator marker hesab olunur.
Anti-Jo-1 anticisimlər polimiozit/sklerodermiya və polimiozit/lupus eritematozus "overlap" sindromları zamanı da aşkarlana bilər. "Overlap" sindromu dedikdə iki və ya daha artıq patologiyanın klinik əlamətlərinin üst-üstə düşməsi nəzərdə tutulur.
İntersistitsial ağciyər fibrozu və simmetrik poliartrit diaqnozu qoyulmuş pasientlərin təxminən 50%-də anti-Jo-1 anticisimləri aşkarlana bilər. Miozit və interstitsial ağciyər xəstəliyi olan pasientlərin isə 65%-dən çoxunda bu anticisimlər aşkarlanır və steroid müalicənin effektivliyini monitorinq etmək üçün proqnostik əhəmiyyət daşıyır.
Anti Jo-1 ümumi halsızlıq, əzələ ağrısı, aşağı ətraflarda zəiflik kimi şikayətləri, Reyno fenomeni, artrit, bunlarla yanaşı ANA Screen-pozitiv nəticəsi olan pasientlərdə müayinə olunur.
Xüsusi hazırlıq tələb olunmur.
Anti Jo-1 IgG aşağıdakı hallarda pozitiv ola bilər:
- Polimiozit
- Dermatomiozit
- İntersititsial ağciyər fibrozu
- Simmetrik poliartrit
Anti Jo-1 IgG-nin normal dəyəri aşağıdakı kimidir:
- Neqativ <15 U/ml
- Şübhəli 15-25 U/ml
- Pozitiv > 25 U/ml
Tədqiqat metodu: İmmunoferment analiz (ELISA)
Qeyd: Müayinə metodu və analizin icra olunduğu cihazdan asılı olaraq normal dəyər qismən fərqli ola bilər. Nəticəni düzgün qiymətləndirmək üçün bu, nəzərə alınmalıdır.
Nümunə: qan zərdabı
Nümunə həcmi: 1,0 mL
Minimal həcm: 0,5 mL (bu həcmlə müayinəni təkrar aparmaq mümkün deyil)
Konteyner: qırmızı/sarı qapaqlı birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastik sınaq şüşəsi (gelli sınaq şüşələrinə üstünlük verilir).
Analiz götürüldükdən sonra qan laxtalanan kimi zərdab hissə formalı elementlərdən ayrılmalıdır.
Alternativ nümunə: plazma
- 3,2% natirum sitrat tərkibli (açıq-mavi qapaqlı sınaq şüşəsi)
- EDTA tərkibli (bənövşəyi qapaqlı sınaq şüşəsi)
Saxlanma şəraiti:
- Otaq temperaturunda (15-25 ̊C) stabil deyil
- Soyuducuda (2-8 ̊C) 5 gün
- Dondurucuda (< -20 ̊C) 6 ay
Nümunənin daşınma temperaturu:
- 2-8 ̊C temperaturda (buz paketlər olan konteynerdə)
Nümunənin rədd edilməsi:
- Nümunə qabının səhv işarələnməsi
- Bariz hemoliz
- Bariz lipemiya
Anti Jo-1 IgG-nin normal dəyəri aşağıdakı kimidir:
- Neqativ <15 U/ml
- Şübhəli 15-25 U/ml
- Pozitiv > 25 U/ml
Tədqiqat metodu: İmmunoferment analiz (ELISA)
Qeyd: Müayinə metodu və analizin icra olunduğu cihazdan asılı olaraq normal dəyər qismən fərqli ola bilər. Nəticəni düzgün qiymətləndirmək üçün bu, nəzərə alınmalıdır.
Müayinə müddəti
Qiymət

