




Anti-Histon IgG
Anti-Histon IgG orqanizmin öz hüceyrələrində yerləşən histon zülallarına qarşı sintez olunan autoanticisimlərdir. Əsasən (80-95% hallarda) dərmanla əlaqəli qırmızı qurd eşənəyi zamanı aşkarlanır. Lakin bu anticisimlər bəzi hallarda sistem qırmızı qurd eşənəyinin idiopatik forması və digər autoimmun xəstəliklər zamanı da pozitiv olur. Buna görə də Anti-Histon IgG-ni digər autoanticisimlərlə birgə müayinə etmək daha məqsədəuyğundur.
Tədqiqat metodu: İmmunoferment analiz (ELISA)
Müayinəsinə göstəriş:
Anti-Histon IgG əsasən dərmanla əlaqəli qırmızı qurd eşənəyini tədqiq etmək, tətbiq olunan müalicəvi yanaşmanın (bu xəstəliyin yaranmasına səbəb olan dərmanların qəbulu dayandırılır) effektivliyini izləmək və digər autoimmun patologiyalardan fərqləndirmək üçün müayinə olunur.
Xüsusi hazırlıq tələb olunmur.
Anti-Histon IgG aşağıdakı hallarda pozitiv olur:
- Dərmanla əlaqəli qırmızı qurd eşənəyi (80-95%)
- Sistem qırmızı qurd eşənəyi (20-50%)
- Birləşdirici toxumanın digər autoimmun xəstəlikləri (nadir hallarda)
Anti-Histon IgG normal dəyəri aşağıdakı kimidir:
- Neqativ < 40 U/ml
- Pozitiv ≥ 40 U/ml
Tədqiqat metodu: İmmunoferment analiz (ELISA)
Qeyd: Müayinə metodu və analizin icra olunduğu cihazdan asılı olaraq normal dəyər qismən fərqli ola bilər. Nəticəni düzgün qiymətləndirmək üçün bu, nəzərə alınmalıdır.
Anti-Histon IgG orqanizmin öz hüceyrələrindəki histon zülalına qarşı sintez olunan, ANA (Antinuclear Antibodies) qrupuna daxil olan autoanticisimlərdir. Histon nüvənin tərkibində yerləşən xromatin molekulunun əsas zülal komponentidir. Molekulyar kütləsinə görə bu zülalın beş fərqli sinfi (H1, H2, H2b, H3 və H4) mövcuddur. Histon zülalının əsas amin turşu tərkibi lizin və arginindən ibarətdir. Bu zülal DNT ilə birlikdə nüvə nukleosomunu təşkil edir.
Anti-Histon IgG histon zülalının hər hansı sinfinə qarşı sintez edilir və əsasən (80-95% hallarda) dərmanla əlaqəli qırmızı qurd eşənəyi zamanı aşkarlanır. Bu anticisimləri müayinə etməklə adı çəkilən xəstəliyi digər autoimmun xəstəliklərdən fərqləndirmək, gedişatını və tətbiq olunan müalicəvi yanaşmanın (xəstəliyin yaranmasına səbəb olan dərmanların qəbulu dayandırılır) effektivliyini monitorinq etmək mümkündür.
Dərmanla əlaqəli qırmızı qurd eşənəyi adətən prokainamid, hidralazin, xinidin, alfa metildopa, izoniazid, penisillamin kimi dərman maddələrinin qəbulundan sonra yaranır, xoş xassəli olur, mərkəzi sinir sistemi, böyrəklər bir qayda olaraq zədələnmir (yaxud nadir hallarda zədələnir) və adı çəkilən preparatların qəbulu dayandırıldıqdan sonra xəstəliyin xarakterik simptomları itir. Klinik şəkli sistem qırmızı qurd eşənəyi ilə oxşar olmasına baxmayaraq bu xəstəlik zamanı Anti ds-DNT çox az hallarda pozitiv olur.
Anti-Histon IgG 20-50% hallarda sistem qırmızı qurd eşənəyi və nadir hallarda birləşdirici toxumanın digər autoimmun xəstəlikləri zamanı pozitiv olur. Bu anticisimləri ANA Screen, Anti ds-DNT və Anti ss-DNT ilə birgə müayinə etmək daha məqsədəuyğun hesab olunur.
Xüsusi hazırlıq tələb olunmur.
Anti-Histon IgG aşağıdakı hallarda pozitiv olur:
- Dərmanla əlaqəli qırmızı qurd eşənəyi (80-95%)
- Sistem qırmızı qurd eşənəyi (20-50%)
- Birləşdirici toxumanın digər autoimmun xəstəlikləri (nadir hallarda)
Anti-Histon IgG normal dəyəri aşağıdakı kimidir:
- Neqativ < 40 U/ml
- Pozitiv ≥ 40 U/ml
Tədqiqat metodu: İmmunoferment analiz (ELISA)
Qeyd: Müayinə metodu və analizin icra olunduğu cihazdan asılı olaraq normal dəyər qismən fərqli ola bilər. Nəticəni düzgün qiymətləndirmək üçün bu, nəzərə alınmalıdır.
Nümunə: qan zərdabı
Nümunə həcmi: 1,0 mL
Minimal həcm: 0,5 mL (bu həcmlə müayinəni təkrar aparmaq mümkün deyil)
Konteyner: qırmızı/sarı qapaqlı birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastik sınaq şüşəsi (gelli sınaq şüşələrinə üstünlük verilir).
Analiz götürüldükdən sonra qan laxtalanan kimi zərdab hissə formalı elementlərdən ayrılmalıdır və nümunə başqa laboratoriyaya göndəriləcəksə soyuducuda (2-8 ̊C temperaturda) saxlanılmalıdır.
Saxlanma şəraiti:
- Otaq temperaturunda (15-25 ̊C) 8 saat
- Soyuducuda (2-8 ̊C) 5 gün
- Dondurucuda (< -20 ̊C) 30 gün
Nümunənin daşınma temperaturu:
- 2-8 ̊C temperaturda (buz paketlər olan konteynerdə)
Nümunənin rədd edilməsi:
- Nümunə qabının səhv işarələnməsi
- Bariz hemoliz
- Bariz lipemiya
Anti-Histon IgG normal dəyəri aşağıdakı kimidir:
- Neqativ < 40 U/ml
- Pozitiv ≥ 40 U/ml
Tədqiqat metodu: İmmunoferment analiz (ELISA)
Qeyd: Müayinə metodu və analizin icra olunduğu cihazdan asılı olaraq normal dəyər qismən fərqli ola bilər. Nəticəni düzgün qiymətləndirmək üçün bu, nəzərə alınmalıdır.
Müayinə müddəti
Qiymət

