




ASCA IgA
ASCA IgA Sacchаromyces cerevisiae adlı maya göbələyinin (qidaların təkibində olur) membranındakı mannan komponentinə qarşı sintez olunan anticisimlərdir. Bu anticisimlər əsasən Kron xəstəliyi, nadir hallarda isə qeyri-spesifik xoralı kolit zamanı pozitiv olur.
Tədqiqat metodu: İmmunoferment analiz (ELISA)
Müayinəsinə göstəriş:
ASCA IgA bağırsaqların iltihabi xəstəliklərini, əsasən də Kron xəstəliyini təyin etmək və bu xəstəliyi qeyri-spesifik xoralı kolitdən fərqləndirmək üçün müayinə olunur. Lakin nəzərə almaq lazımdır ki, bu anticisimlər az hallarda qeyri-spesifik xoralı kolit zamanı da aşkarlana bilər. Bu iki xəstəliyi düzgün differensiasiya etmək üçün ASCA IgA-nı ANCA (antineytrofil sitoplazma anticisimləri) ilə birgə müayinə etmək daha məqsədəuyğun hesab olunur.
Selektiv IgA defisiti olan pasientlərdə ASCA IgG-nin təyini daha informativdir.
Xüsusi hazırlıq tələb olunmur.
ASCA IgA aşağıdakı hallarda pozitiv olur:
- Kron xəstəliyi (terminal ileit)
- Qeyri-spesifik xoralı kolit (nadir hallarda)
ASCA IgA:
Neqativ < 10 U/ml
Pozitiv ≥ 10 U/ml
Tədqiqat metodu: İmmunoferment analiz (ELISA)
Qeyd: Müayinə metodu və analizin icra olunduğu cihazdan asılı olaraq normal dəyər qismən fərqli ola bilər. Nəticəni düzgün qiymətləndirmək üçün bu, nəzərə alınmalıdır.
ASCA IgA Saccharomyces cerevisiae adlı maya göbələklərinin (bəzi qidaların tərkibində olur) polisaxarid (mannan) komponentinə qarşı sintez olunan anticisimlərdir. Bu anticisimlər əsasən bağırsaqların iltihabi xəstəlikləri zamanı aşkarlanır, lakin bu xəstəliklərin patogenezində adı çəkilən maya göbələklərinin nə kimi rol aldığı hələ tam aydınlaşdırılmayıb. Ehtimal olunur ki, bəzi şəxslərdə bu mikroorqanizmin hüceyrə divarındakı fosfopeptidomannana bənzər autoantigenlər mövcud olur. Bu autoantigenlər immun reaksiyanın yaranmasını və ASCA-nın (Anti- Saccharomyces Cerevisiae Antibodies ) sintezini inisiasiya edir. ASCA IgA ən çox Kron xəstəliyi zamanı (təxminən 60% hallarda) pozitiv olur və bağırsaq iltihabının bu forması üçün laborator marker olaraq müayinə olunur.
Kron xəstəliyi mədə-bağırsaq traktının iltihabi xəstəliyidir. Qeyri-spesifik xoralı kolitdən fərqli olaraq Kron xəstəliyi zamanı bağırsaqlarda iltihab asimmetrik və seqmentar olur. Yəni bağırsaq divarında normal və iltihablaşmış sahələr bir-birini əvəz edir. Abdominal ağrı, ishal (ağır vəziyyətlərdə qanlı ola bilər), qızdırma və bədən çəkisinin itirilməsi Kron xəstəliyinin əsas əlamətləridir. Xəstəlik proqressivləşdikcə anemiya, artrit, gözlərin iltihabı, ümumi halsızlıq, malabsorbsiya sindromu, böyümənin ləngiməsi kimi digər əlamətlər üzə çıxır. Bəzi pasientlərdə isə xroniki iltihabın ağırlaşması nəticəsində bağırsaq keçməzliyi yarana bilər.
Kron xəstəliyini qeyri-spesifik xoralı kolitdən, qıcıqlanmış bağırsaq sindromundan, mədə-bağırsaq traktının onkoloji xəstəliklərindən fərqləndirmək üçün qanda ASCA IgA anticisimləri ANCA (antineytrofil sitoplazma anticisimləri) ilə birgə müayinə olunmalıdır. Bir qayda olaraq ASCA IgA-pozitiv(+)/ANCA-neqativ(-) nəticə Kron xəstəliyi, ASCA IgA- neqativ(-)/ANCA-pozitiv(+) nəticə isə qeyri-spesifik xoralı kolit üçün xarakterik olur. Qıcıqlanmış bağırsaq sindromu, mədə-bağırsaq traktının iltihabi xəstəlikləri zamanı isə bu anticisimlərin heç biri aşkarlanmır. Lakin nəzərə almaq lazımdır ki, qeyri-spesifik xoralı kolit zamanı nadir hallarda ASCA IgA aşkarlana bilər.
Selektiv IgA defisiti olan pasientlərdə ASCA IgG-nin təyini daha məqsədəuyğun hesab olunur.
Xüsusi hazırlıq tələb olunmur.
ASCA IgA aşağıdakı hallarda pozitiv olur:
- Kron xəstəliyi (terminal ileit)
- Qeyri-spesifik xoralı kolit (nadir hallarda)
ASCA IgA:
Neqativ < 10 U/ml
Pozitiv ≥ 10 U/ml
Tədqiqat metodu: İmmunoferment analiz (ELISA)
Qeyd: Müayinə metodu və analizin icra olunduğu cihazdan asılı olaraq normal dəyər qismən fərqli ola bilər. Nəticəni düzgün qiymətləndirmək üçün bu, nəzərə alınmalıdır.
Nümunə: qan zərdabı
Nümunə həcmi: 1,0 mL
Minimal həcm: 0,5 mL (bu həcmlə müayinəni təkrar aparmaq mümkün deyil)
Konteyner: qırmızı/sarı qapaqlı birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastik sınaq şüşəsi (gelli sınaq şüşələrinə üstünlük verilir).
Nümunə götürüldükdən sonra 2 saat ərzində zərdab hissə formalı elementlərdən ayrılmalıdır.
Saxlanma şəraiti:
Otaq temperaturunda (15-25 ̊C) 2 gün
Soyuducuda (2-8 ̊C) (üstünlük verilir) 14 gün
Dondurucuda (< -25 ̊C) 21 gün
Nümunənin daşınma temperaturu:
Otaq temperaturu
Nümunənin rədd edilməsi:
Nümunə qabının səhv işarələnməsi
Bariz hemoliz
Bariz lipemiya
ASCA IgA:
Neqativ < 10 U/ml
Pozitiv ≥ 10 U/ml
Tədqiqat metodu: İmmunoferment analiz (ELISA)
Qeyd: Müayinə metodu və analizin icra olunduğu cihazdan asılı olaraq normal dəyər qismən fərqli ola bilər. Nəticəni düzgün qiymətləndirmək üçün bu, nəzərə alınmalıdır.
Müayinə müddəti
Qiymət

