




Tireotrop hormon (TSH)
Sinonimləri:
Üçüncü nəsil - TSH
Tireotrop hormon
Tədqiqat metodu: Electrochemiluminescence immunoassay (ECLİA)
İstifadəsinə göstəriş:
Qalxanabənzər vəzinin funksional testidir. T4 (tiroksin) miqdarının azalmasının araşdırılmasında önəm daşıyır. Hipertiroidizmdə TSH miqdarı azalır.
Müxtəlif hormon preparatları qəbul edən hipotiroidli pasientlərin müalicəsinin dəyərləndirilməsində istifadə olunur; tiroid preparatlarının həddən artıq yüklənməsi zamanı TSH azalır. Həssas və dəqiq TSH müayinəsi zamanı alınan norma daxilindəki nəticə adekvat, yəni uyğun tiroid əvəzləməsi kimi qəbul olunur.
Radioyodinlə və ya cərrahi müalicə almış hipertiroidli pasientlərin vəziyyətlərinin izlənilməsində, həmçinin aşağı T4 (tiroksin) konsentrasiyalı yenidoğulmuşların nəticələrinin izlənməsində önəm daşıyır.
Ümumiyyətlə, üçüncü-nəsil TSH analizi qalxanabənzər vəzi xəstəliklərinin tədqiqatı üçün çox vacibdir. Verilən norma intervalı daxilində alınan nəticə eutiroidizmin (tiroid vəzinin funksiyasının normal olması) təsdiqidir.
Qan əsasən səhər ac qarnına götürülməlidir. Axşam qəbul edilən qidadan sonra 8-14 saatlıq gecə pəhrizi saxlanılmalıdır (su içmək olar). Gündüz qəbul olunan yüngülvari qidanın üstündən ən az 4 saatlıq bir vaxt keçməlidir. Təkrari müayinələrdə nəticəni düzgün dəyərləndirmək üçün analiz imkan daxilində günün eyni saatlarında götürülməlidir.Yüksək dozada biotin tərkibli preparatların (B7 və ya B8 vitamini, vitamin H, koenzim R) qəbulu analizin nəticəsinə təsir edə bilər. Bunun üçün pasientlərə analiz verməzdən 72 saat öncə biotin qəbulunu dayandırmaq tövsiyyə olunur.
TSH-ın normal dəyərdən cox olması:
- Birincili hipotiroidizm (qalxanabənzər vəzinin disfunksiyası)
- Autoimmun tiroidit
- Yod defisiti
- Hormon sintezinin irsi defekti
- Qalxanabənzər vəzinin anadangəlmə defekti
- Qalxanabənzər vəzinin cərrahi yolla çıxarılması
- Qalxanabənzər vəzi şişləri
- Qalxanabənzər vəzi hormonlarına qarşı rezistentlik sindromu
- Yarımkəskin tiroidit (sağalma mərhələsində)
- Bu xəstəliklərdə qalxanabənzər vəzi hormonlarının sintezinin azalması TSH sintezi üçün stimulyator olur (mənfi əks əlaqə mexanizmi)
- TSH-ın ektopik (qalxanabənzər vəzidən kənar) sintezi (ağciyər, süd vəzi şişlərində)
- Hipofizin TSH sintez edən adenoması (nadir hallarda)
- Ağır somatik xəstəliklər (sağalma mərhələsində)
TSH-ın normal dəyərdən az olması:
- İkincili hipotiroidizm (hipofizar)- Hipofiz vəzinin xəstəlikləri zamanı
- Üçüncülü hipotiroidizm (hipotalamik)- Hipotalamusun xəstəlikləri zamanı
- Birincili hipertiroidizm
- Diffuz toksiki zob
- Toksiki çoxdüyünlü zob
- Toksiki adenoma
- Yuxarıdakı hallarda qalxanabənzər vəzi hormonlarının miqdarının artması TSH sintezini zəiflədir
- Hamilələrin hipertireozu
- Stress, aclıq
Yalançı hipertiroidizm - pasientlər tiroid preparatlarını təyinatına uyğun olmayan şəkildə (yüksək dozada) qəbul edərsə TSH sintezi azalar.
Məhdudiyyətlər:
TSH miqdarı qlükokortikoidlər, dopamin, ağır gedişli xəstəliklərin təsirindən də dəyişə bilər. Bu da müayinəni ən həssas və dəqiq üsulla apardıqda belə nəticənin düzgün dəyərləndirilməsində məhdudiyyətlər yaradır. Ağır xəstəliklər zamanı TSH-ın basqılanmasıyla yaranan hipotireoz halının xəstəlik sağaldıqdan sonra aradan qalxması müşahidə olunmuşdur. Baş-beyin travmaları zamanı isə mövcud hipotiroidizmə rəğmən TSH miqdarının normal olması qeydə alınmışdır. Ümumiyyətlə, TSH sintez və sekresiyasına mərkəzi sinir sistemi tərəfindən nəzarət olunduğu üçün stress, yuxu kimi müxtəlif nevroloji hallar hormonun miqdarına təsir edə bilər.
TSH-n normal dəyəri aşağıdakı kimidir:
Uşaqlar:
- Natamam doğulmuşlar (hamiləliyin 28-36 həftəsində)
- 0-7 günlük 0.20-27.90 mIU/L
- Normal doğulmuşlar (hamiləliyin >37 həftəsində)
- 0-5 günlük 0.70-15.20 mIU/L
- 5 gün-2 ay 0.70-11.00 mIU/L
- 2 ay-1 yaş 0.70-8.40 mIU/L
- 1 yaş-5 yaş 0.70-6.00 mIU/L
- 5 yaş-19 yaş 0.50-4.30 mIU/L
Böyüklər:
- ≥19 yaş 0.40-4.50 mIU/L
Hamiləlik
- Birinci trimester 0.26-2.66 mIU/L
- İkinci trimester 0.55-2.73 mIU/L
- Üçüncü trimester 0.43-2.91 mIU/L
Vahidlərin çevrilməsi:
mIU/L = μIU/mL
Tədqiqat metodu: Electrochemiluminescence immunoassay (ECLİA)
Qeyd: Müayinə metodu və analizin icra olunduğu cihazdan asılı olaraq normal dəyərlər fərqli ola bilər. Nəticəni düzgün dəyərləndirmək üçün bu nəzərə alınmalıdır.
TSH- qalxanabənzər vəzinin funksional testidir. T4 (tiroksin) miqdarının azalmasının araşdırılmasında önəm daşıyır. TSH birincili hipotiroidizmin diaqnozunda, həmçinin birincili hipotiroidizmin ikincili/üçüncülü, yəni hipofizar/hipotalamik hipotiroidizmlə differensial diaqnozunda istifadə olunur. Birincili hipotiroidizmdə TSH miqdarı çox olur. Hipertiroidizmdə TSH miqdarı azalır. Müxtəlif hormon preparatları qəbul edən hipotiroidli pasientlərin müalicəsinin dəyərləndirilməsində istifadə olunur; tiroid preparatlarının həddən artıq yüklənməsi zamanı TSH azalır. Həssas və dəqiq TSH müayinəsi zamanı alınan norma daxilindəki nəticə adekvat yəni uyğun tiroid əvəzləməsi kimi qəbul olunur. Radioyodinlə və ya cərrahi müalicə almış hipertiroidli pasientlərin vəziyyətlərinin izlənilməsində, həmçinin aşağı T4 (tiroksin) konsentrasiyalı yenidoğulmuşların nəticələrinin izlənməsində önəm daşıyır. Ümumiyyətlə, üçüncü-nəsil TSH analizi qalxanabənzər vəzi xəstəliklərinin tədqiqatı üçün çox vacibdir. Verilən norma intervalı daxilində alınan nəticə eutiroidizmin (tiroid vəzinin funksiyasının normal olması) təsdiqidir.
TSH- tiroid stimullaşdırıcı hormon (digər adları ilə tireotropin, tireotropik hormon, hTSH) hipofiz vəzin ön payındakı tireotrop hüceyrələr tərəfindən sintez və sekresiya olunan qlükoprotein tərkibli hormondur. TSH qalxanabənzər vəzinin inkişafını və fəaliyyətini tənzimləyir. Hormonun əsas funksiyası tiroid hormonların- T4(tiroksin) və T3(triyodtironin) sintez və sekresiyasını stimullaşdırmaqdır.
TSH strukturu:
TSH (28-30KDal) glükoproteindir və iki subvahiddən ibarətdir;
α (alfa) subvahidi:
- sintezinə nəzarət edən gen 6-cı xromosomda yerləşir;
- alfa zənciri 92 amin turşu ardıcıllığından ibarətdir;
- alfa zənciri hXQ , LH, FSH-la təxminən oxşardır;
- alfa subvahidi adenilat tsiklazanın (tsAMF əmələ gəlməsində iştirak edir) stimulyasiyası üçün effektor zona hesab olunur.
β (betta) subvahidi (TSHB):
- sintezinə nəzarət edən gen 1-ci xromosomda yerləşir;
- betta zənciri 118 amin turşu ardıcıllığından ibarətdir;
TSH üçün unikal subvahiddir və buna görə də hormonun reseptor spesifikliyini təyin edir.
Fiziologiyası:
Sintezi:
TSH (yarımparçalanma dövrü təxminən 1 saatdır) - beyin əsasında yerləşən hipotalamus tərəfindən sintez olunan TRH-ın (thyrotropine-releasing hormon) hipofiz vəzinin ön payına olan təsiri nəticəsində sintez olunur. Hipotalamus tərəfindən sintez olunan digər hormon- somatostatin isə əks təsir göstərir və hipofiz tərəfindən TSH sintezini ləngidir. TSH bütün yaşam boyu sintez olunur, lakin inkişaf və boyatma dövrü daha yüksək səviyyəyə çatır.
Funksiyası:
TSH-n qalxanabənzər vəziyə təsiri nəticəsində ilk öncə T4 (tiroksin) hormonu sintez olunur. Lakin T4 -ün maddələr mübadiləsinə təsiri zəif olur. Sonrakı mərhələdə T4 (tiroksin) metabolizmə daha güclü təsir edən T3-ə (triyodtrionin) çevrilir. Bu prosesin təxminən 80% -i qaraciyər hüceyrələri və digər orqanlar tərəfindən həyata keçirilir. 20%-i isə qalxanabənzər vəzidə icra olunur.
Qalxanabənzər vəzinin follikulyar hüceyrələrində TSH reseptorları var. Bu reseptorların TSH tərəfindən qıcıqlanması nəticəsində tiroid hormonlarının sintez və sekresiyası baş verir. Bu proses 6 (altı) mərhələdə icra olunur:
1. Follikulyar hüceyrələrin basolateral membranında yerləşən natrium/yod transmembran ötürücü (NİS- sodium/iodide symporter) glükoprotein TSH tərəfindən aktivləşir, nəticədə follikulyar hüceyrələr tərəfindən yod tutulması intensivləşir və hüceyrələrdə yod miqdarı artır.
2. Follikulyar mənfəzdə tiroid hormonların sələfi olan tireoqlobulin zülalının yodlaşması stimullaşır.
3. Yodlaşmış tirozin qalıqlarının konyuqasiyası nəticəsində T4 (tiroksin) və T3 (triyodtrionin) hormonları əmələ gəlir. Lakin bunlar tireoqlobulin zülalı ilə birləşmiş şəkildə qalır.
4. Yodlaşmış tireoqlobulin zülalının apikal membrandan geriyə, follikul daxilinə endositozu artır.
5. Yodlaşmış tireoqlobulin parçalanır və nəticədə sərbəst T4 (tiroksin) və T3 (triyodtrionin) əmələ gəlir.
6. Tiroksin və triyodtrionin hormonlarının follikulyar hüceyrələrin bazal membranından qan dövranına sekresiyası.
TSH reseptorlarına qarşı yaranan əks cisimlər reseptorları qıcıqlandırır və nəticədə Grave's xəstəliyi yaranır. Bundan əlavə hXQ çarpaz-reaksiya nəticəsində TSH reseptorlarını stimullaşdıra bilər və nəticədə tiroid hormonların sintezi artar. Buna görə də hamilələrdə hXQ-nin uzun müddət yüksək konsentrasiyada olması tranzitor gestasional hipertiroidizm yarada bilər.
Tiroid hormonların qanda olan konsentrasiyası da öz növbəsində hipofiz vəzi tərəfindən TSH sintez və sekresiyasını tənzimləyir. Belə ki, qanda T3 və T4 miqdarı azalanda TSH sintezi artır, T3 və T4 miqdarı artanda isə azalır. Ölçülən dəyərlər arasındakı hər hansı uyğunsuzluq; aşağı-normal TSH və aşağı-normal T4 patologiyanın üçüncülü, yəni mərkəz mənşəli- hipotalamik ve nevroloji olmasını göstərir.
TSH-ın digər funksiyası isə qalxanabənzər vəzi hüceyrələrindəki mitoz bölünməyə təsir edərək bu vəzin inkişaf və böyüməsini tənzimləməkdir.
Qan əsasən səhər ac qarnına götürülməlidir. Axşam qəbul edilən qidadan sonra 8-14 saatlıq gecə pəhrizi saxlanılmalıdır (su içmək olar). Gündüz qəbul olunan yüngülvari qidanın üstündən ən az 4 saatlıq bir vaxt keçməlidir. Təkrari müayinələrdə nəticəni düzgün dəyərləndirmək üçün analiz imkan daxilində günün eyni saatlarında götürülməlidir.Yüksək dozada biotin tərkibli preparatların (B7 və ya B8 vitamini, vitamin H, koenzim R) qəbulu analizin nəticəsinə təsir edə bilər. Bunun üçün pasientlərə analiz verməzdən 72 saat öncə biotin qəbulunu dayandırmaq tövsiyyə olunur.
TSH-ın normal dəyərdən cox olması:
- Birincili hipotiroidizm (qalxanabənzər vəzinin disfunksiyası)
- Autoimmun tiroidit
- Yod defisiti
- Hormon sintezinin irsi defekti
- Qalxanabənzər vəzinin anadangəlmə defekti
- Qalxanabənzər vəzinin cərrahi yolla çıxarılması
- Qalxanabənzər vəzi şişləri
- Qalxanabənzər vəzi hormonlarına qarşı rezistentlik sindromu
- Yarımkəskin tiroidit (sağalma mərhələsində)
- Bu xəstəliklərdə qalxanabənzər vəzi hormonlarının sintezinin azalması TSH sintezi üçün stimulyator olur (mənfi əks əlaqə mexanizmi)
- TSH-ın ektopik (qalxanabənzər vəzidən kənar) sintezi (ağciyər, süd vəzi şişlərində)
- Hipofizin TSH sintez edən adenoması (nadir hallarda)
- Ağır somatik xəstəliklər (sağalma mərhələsində)
TSH-ın normal dəyərdən az olması:
- İkincili hipotiroidizm (hipofizar)- Hipofiz vəzinin xəstəlikləri zamanı
- Üçüncülü hipotiroidizm (hipotalamik)- Hipotalamusun xəstəlikləri zamanı
- Birincili hipertiroidizm
- Diffuz toksiki zob
- Toksiki çoxdüyünlü zob
- Toksiki adenoma
- Yuxarıdakı hallarda qalxanabənzər vəzi hormonlarının miqdarının artması TSH sintezini zəiflədir
- Hamilələrin hipertireozu
- Stress, aclıq
Yalançı hipertiroidizm - pasientlər tiroid preparatlarını təyinatına uyğun olmayan şəkildə (yüksək dozada) qəbul edərsə TSH sintezi azalar.
Məhdudiyyətlər:
TSH miqdarı qlükokortikoidlər, dopamin, ağır gedişli xəstəliklərin təsirindən də dəyişə bilər. Bu da müayinəni ən həssas və dəqiq üsulla apardıqda belə nəticənin düzgün dəyərləndirilməsində məhdudiyyətlər yaradır. Ağır xəstəliklər zamanı TSH-ın basqılanmasıyla yaranan hipotireoz halının xəstəlik sağaldıqdan sonra aradan qalxması müşahidə olunmuşdur. Baş-beyin travmaları zamanı isə mövcud hipotiroidizmə rəğmən TSH miqdarının normal olması qeydə alınmışdır. Ümumiyyətlə, TSH sintez və sekresiyasına mərkəzi sinir sistemi tərəfindən nəzarət olunduğu üçün stress, yuxu kimi müxtəlif nevroloji hallar hormonun miqdarına təsir edə bilər.
TSH-n normal dəyəri aşağıdakı kimidir:
Uşaqlar:
- Natamam doğulmuşlar (hamiləliyin 28-36 həftəsində)
- 0-7 günlük 0.20-27.90 mIU/L
- Normal doğulmuşlar (hamiləliyin >37 həftəsində)
- 0-5 günlük 0.70-15.20 mIU/L
- 5 gün-2 ay 0.70-11.00 mIU/L
- 2 ay-1 yaş 0.70-8.40 mIU/L
- 1 yaş-5 yaş 0.70-6.00 mIU/L
- 5 yaş-19 yaş 0.50-4.30 mIU/L
Böyüklər:
- ≥19 yaş 0.40-4.50 mIU/L
Hamiləlik
- Birinci trimester 0.26-2.66 mIU/L
- İkinci trimester 0.55-2.73 mIU/L
- Üçüncü trimester 0.43-2.91 mIU/L
Vahidlərin çevrilməsi:
mIU/L = μIU/mL
Tədqiqat metodu: Electrochemiluminescence immunoassay (ECLİA)
Qeyd: Müayinə metodu və analizin icra olunduğu cihazdan asılı olaraq normal dəyərlər fərqli ola bilər. Nəticəni düzgün dəyərləndirmək üçün bu nəzərə alınmalıdır.
Nümunə: qan zərdabı (serum)
Nümunə həcmi: 1,0 mL
Minimal həcm: 0,5 mL (bu həcmlə müayinəni təkrar aparmaq mümkün deyil)
Konteyner: qırmızı/sarı qapaqlı birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastik sınaq şüşəsi
Saxlanma şəraiti:
- Otaq temperaturunda (15-25 ̊ C) – 7 gün
- Soyuducuda (2-8 ̊ C) – 7 gün
- Dondurucuda (< -25 ̊ C) – 14 gün
- Dondurma/əritmə x 3 dəfə stabildir.
Nümunənin daşınma temperaturu:
- Otaq temperaturu
Nümunənin rədd edilməsi:
- Sitratlı plazma
- Nümunə qabının səhv işarələnməsi
- Gözlə görülə bilən hemoliz
TSH-n normal dəyəri aşağıdakı kimidir:
Uşaqlar:
- Natamam doğulmuşlar (hamiləliyin 28-36 həftəsində)
- 0-7 günlük 0.20-27.90 mIU/L
- Normal doğulmuşlar (hamiləliyin >37 həftəsində)
- 0-5 günlük 0.70-15.20 mIU/L
- 5 gün-2 ay 0.70-11.00 mIU/L
- 2 ay-1 yaş 0.70-8.40 mIU/L
- 1 yaş-5 yaş 0.70-6.00 mIU/L
- 5 yaş-19 yaş 0.50-4.30 mIU/L
Böyüklər:
- ≥19 yaş 0.40-4.50 mIU/L
Hamiləlik
- Birinci trimester 0.26-2.66 mIU/L
- İkinci trimester 0.55-2.73 mIU/L
- Üçüncü trimester 0.43-2.91 mIU/L
Vahidlərin çevrilməsi:
mIU/L = μIU/mL
Tədqiqat metodu: Electrochemiluminescence immunoassay (ECLİA)
Qeyd: Müayinə metodu və analizin icra olunduğu cihazdan asılı olaraq normal dəyərlər fərqli ola bilər. Nəticəni düzgün dəyərləndirmək üçün bu nəzərə alınmalıdır.
Müayinə müddəti
Qiymət

