




Anti-Müller
Anti-Müller hormonu (AMH) qadınlarda reproduktiv dövrdə ovarial (yumurta hüceyrə) rezervin, kişilərdə prepubertat dövrdə testikulyar funksiyanın markeri hesab olunur.
Kişilərdə AMH Sertoli hüceyrələri tərəfindən sintez olunur. Embrional inkişaf zamanı daxili cinsiyyət orqanlarının formalaşmasını, Müller axacaqlarının (qadın cinsiyyət yollarının rudimenti) reduksiyasını təmin edir. Kişilərdə AMH sintezi embriogenez dövründən başlayır və bütün yaşam boyu davam edir. Prepubertat dövrdə bu hormon artır, pubertat dövründən etibarən azalmağa başlayır və həyatlarının sonuna kimi nisbətən kiçik konsentrasiyada təyin olunur. Yenidoğulmuşlarda AMH-n miqdarı testosteronun miqdarıyla tərs mütənasib olur. Androgenlər və inkişaf edən spermatositlər AMH sintezini inhibisiya edir. Spermatositlərin defisiti, androgenlərin çatışmazlığı və ya bu hormonlara qarşı yaranan rezistentlik hallarında AMH sintez artır.
Qadınlarda AMH yumurtalıqların qranulyoz hüceyrələri tərəfindən sintez olunur. Kişilərdən fərqli olaraq bu hormonun miqdarı pubertat dövrünə qədər az olur. Pubertat dövründə artır və sonra tədricən azalmağa başlayır, menopauza zamanı cüzi, hətta bəzən təyin olunmayacaq miqdarda olur.
Tədqiqat metodu: İmmunoferment analiz (ELİSA-enzyme-linked immuno assay)
Müayinəsinə göstəriş:
Anti-Müller hormonu qadınlarda yumurta hüceyrə rezervini, menopauzal statusu müəyyənləşdirmək üçün FSH-la birgə tədqiq olunur. Bundan başqa polikistik yumurtalıq sindromu olan qadınlarda yumurta hüceyrə statusu dəyərləndirmək üçün önəmli test hesab olunur. Körpələrdə qeyri-müəyyən cinsiyyət sistemini (hər iki cinsə aid), testikulyar funksiyanı qiymətləndirmək üçün müayinə olunur. Yumurtalıqların AMH hasil edən qranulyoz hüceyrə şişlərindən əziyyət çəkən pasientlərin izlənilməsində bu hormonu analiz etmək olar.
Qan mütləq səhər ac qarnına götürülməlidir. Axşam qəbul edilən qidadan sonra 8-14 saatlıq gecə pəhrizi saxlanılmalıdır (su içmək olar). Pasient fiziki və psixoemosional yükdən azad olmalıdır. Alkoqol qəbul etmək olmaz. Siqaret çəkibsə ən az bir saat sonra qan götürülməlidir.
Qadınlarda mövcud testin müayinəsi menstrual tsiklin fazasından asılı olmur.
Anti-Müller hormonunun normadan çox olması:
Qadınlarda:
- Normoqonadotrop anovulyator sonsuzluq
- Polikistik yumurtalıq sindromu
- Yumurtalıqların qranulyoz hüceyrə şişləri
Kişilərdə:
- Cinsi inkişafdan qalma
- Antiandrogen terapiya
- Androgenlərin sintezinin pozulması
- Androgen təsirinə qarşı rezistentliyin yaranması
- Hipoqonadotrop hipoqonadizm
Anti-Müller hormonunun normadan az olması:
Qadınlarda:
- Ovarial rezervin yaşla əlaqədar olaraq azalması
- Piylənmə
- Yumurtalıq çatışmazlığı (kimyəvi müalicədən sonra)
Kişilərdə:
- AMH genində mutasiya (Müller axacaqlarının persistensiya sindromu)
- Vaxtından əvvəl cinsi inkişaf
- Androgenlərin miqdarının artması
- Anorxizm
- Qeyri-obstruktiv azoospermiya
Anti-Müller hormonunun normal dəyəri aşağıdakı kimidir:
Qadın:
- < 2 yaş 4,7 ng/ml
- 2-12 yaş 8,9 ng/ml
- 13-45 yaş 1,0-10,6 ng/ml
- > 45 yaş 1,0 ng/ml
Kişi:
- < 2 yaş 14-466 ng/ml
- 2-12 yaş 3,8-159,8 ng/ml
- > 12 yaş 1,3-14,8 ng/ml
Tədqiqat metodu: Electrochemiluminescence immunoassay (ECLİA)
Qeyd: Müayinə metodu və analizin icra olunduğu cihazdan asılı olaraq normal dəyərlər fərqli ola bilər. Nəticəni düzgün qiymətləndirmək üçün bu, nəzərə alınmalıdır
Anti-Müller hormonu (AMH), digər adı ilə Müller inhibisiya edici hormon (MİH) qlikoprotein tərkibli hormondur. Strukturu TGF-β (transforming growth factor-β) ailəsinə daxil olan inhibin və aktivin zülalları ilə oxşardır. Qadınlarda follikulogenezi stimullaşdırır, kişi embrionunda Müller axarlarının (paramezonefrik axar) inkişafını inhibisiya edir, Fallop boruları, uşaqlıq, yuxarı vaginanın yaranmasının qarşısını alır.
Strukturu:
AMH molekulyar çəkisi 140 kDa olan dimerik qlikoproteindir. Hormon molekulu sulfid rabitə ilə birləşən iki subvahiddən ibarətdir, N-terminal dimer (pro-region) və C-terminal dimer ilə xarakterizə olunur. Hədəf hüceyrələrdə yerləşən AMH-RI və AMH-RII reseptorları ilə bağlandıqdan sonra AMH bir sıra konformasional dəyişikliklərə məruz qalaraq və fosforilləşərək öz spesifik təsirini göstərir.
Fiziologiyası:
Sintezi:
AMH kişilərdə embrional inkişaf dövründə Sertoli hüceyrələri tərəfindən, qadınlarda isə preantral və kiçik antral follikulların qranulyoz hüceyrələri tərəfindən sintez olunur. Sintezinə nəzarət edən AMH geni 19-cu autosom xromosomda (19p 13.3), hormonun spesifik reseptorlarının sintezinə nəzarət edən AMHRII geni isə 12-ci autosom xromosomda (12 q13 ) yerləşir.
Funksiyası:
Embriogenez:
AMH Müller axarlarının inkişaf edərək uşaqlıq, Fallop boruları və vaginaya çevrilməsinin qarşısını alır. Bu hormonun təsiri ipsilateral olur, yəni hər xaya öz tərəfindəki Müllerian inkişafı inhibisiya edir. Hamiləliyin ilk 8-ci həftəsindən etibarən AMH fəaliyyətə başlayır. Qonadalar tərəfindən bu hormon sintez olunmadıqda Müller axarları inkişaf edir, kişi reproduktiv orqanlarının əmələ gəlməsinə cavabdeh olan Wolffian axarlarının inkişafı isə avtomatik olaraq dayanır. AMH fetal Müller axarlarındakı spesifik AMH-RII reseptorları ilə birləşərək burdakı hüceyrələrin apoptozunu (proqramlaşdırılmış ölüm) sürətləndirir. Bu hormonun qanda ölçülə bilən miqdarı yaş və cinsdən asılı olaraq dəyişir.
Yumurtalıq:
AMH qadınlarda reproduktiv dövrdə yumurtalıqların qranulyoz hüceyrələri tərəfindən ekspressiya olunur, follikulların həddən artıq səfərbər olmasının (FSH təsirilə baş verir) qarşısını alır, birincili follikulların yaranmasını inhibisiya edir. Follikulogenez prosesində preantral və kiçik antral follikulların yaranması zamanı AMH miqdarı yüksək olur. Follikullar inkişaf edib seleksiya mərhələsinə keçdikdə bu hormonun miqdarı azalır. Bu zaman FSH miqdarı artmağa başlayır.
Digər:
Kişilərdə sertoli hüceyrələri tərəfindən AMH sintezi bütün uşaqlıq dövründə yüksək miqdarda olur, pubertat dövründən etibarən azalmağa başlayır və böyük yaşlarda az miqdarda olur. Bu hormonun cinsiyyət hormonlarının sekresiyasını tənzim etdiyi müəyyən olunmuşdur.
Tədqiqatlar nəticəsində siçanların beynində neyronların səthində AMH reseptorları aşkarlanmaşdır. Buna əsasən bu hormonun beyinin dimorfik seksual inkişafının və cinsə spesifik davranışların tənzimlənməsində də müəyyən rol oynadığı ehtimal olunur.
Kliniki əhəmiyyəti:
Kişilərdə qeyri-adekvat embrional AMH aktivliyi Persistent Müller axarı sindromuna gətirib çıxara bilər, bu zaman oğlan uşağnda uşaqlıq rudimenti mövcud olur və xayalar qarın boşluğundan aralığa enmir. AMH miqdarı qeyri-müəyyən cinsiyyət sisteminə malik körpələrdə xayaların mövcudluğunu aydınlaşdırmaq, kriptorxidizmi (testislər var, lakin palpasiya olunmur), anorxiyanı (testislər yoxdur) dəyərləndirmək üçün tədqiq olunur.
Ümumi sonsuzluğu qiymətləndirmək:
Qadınlarda epizodik sintez olunan qonadotropin və yumurtalıq steroidlərindən fərqli olaraq AMH bütün menstrual tsikl boyunca kiçik follikulların qranuloza hüceyrələri tərəfindən sintez olunur və buna görə də bu hormon yumurta hüceyrə rezervinin markeri olaraq tədqiq olunur. Bundan başqa estrogen, progesteron tərkibli oral və ya vaginal kontraseptivlərin qəbulu AMH miqdarına təsir etmir.
İn vitro fertilizasiya (İVF):
Tədqiqatlar göstərmişdir ki, in vitro fertilizasiya zamanı qanında AMH konsentrasiyası çox olan qadınların yumurtalıqları stimulyasiyaya daha yaxşı reaksiya verir və bu hormonu təyin etməklə yumurtalıqların stimulyatorlara verə biləcəyi cavabın dərəcəsini öncədən proqnozlaşdırmaq olar.
NİCE normativinə görə in vitro fertilizasiya zamanı AMH miqdarının ≤ 0,8 ng/ml olması yumurtalıqların stimulyasiyaya zəif cavab verməsini, ≥ 3,6 ng/ml olması isə yumurtalıqların stimulyasiyaya güclü cavab verməsini proqnozlaşdırmağa əsas verir.
AMH ovulyasiyanı induksiya etmək, transfer olunacaq embrionların sayını müəyyənləşdirmək, uğurlu hamiləlik ehtimalını təyin etmək, yumurtalıqların hiperstimulyasiya sindromunun yaranma riskini proqnozlaşdırmaq üçün tədqiq oluna bilər.
Qadınlarda xərçəng və polikistoz:
Qadınlarda xərçəng zamanı radio və kimyəvi terapiya nəticəsində yumurtalıq rezervi tükənir. Müalicədən əvvəl AMH-ı təyin etməklə yumurtalıq funksiyasının müalicədən sonra nə dərəcədə zəifləyəcəyini proqnozlaşdımaq olar.
Yumurtalıqların qranulyoz hüceyrə şişləri AMH hasil edir və bu hormonun miqdarını təyin etməklə 76-93% həssaslıqla bu şişlərə diaqnoz qoymaq, bu şişlərin residivləşmə ehtimalını müəyyənləşdirmək olar.
Polikistik yumurtalıq sindromu olan qadınlarda AMH miqdarı iki, bəzən üç dəfəyə qədər arta bilir. Bu hormon yumurta hüceyrələrini əhatə edən qranulyoz hüceyrələr tərəfindən sintez olunduğu üçün bu hüceyrələrin sayının artması ilə hormon miqdarının atması arasında uyğunluq olur. Buna görə də AMH polikistik yumurtalıq sindromu zamanı biomarker olaraq analiz oluna bilər.
Qan mütləq səhər ac qarnına götürülməlidir. Axşam qəbul edilən qidadan sonra 8-14 saatlıq gecə pəhrizi saxlanılmalıdır (su içmək olar). Pasient fiziki və psixoemosional yükdən azad olmalıdır. Alkoqol qəbul etmək olmaz. Siqaret çəkibsə ən az bir saat sonra qan götürülməlidir.
Qadınlarda mövcud testin müayinəsi menstrual tsiklin fazasından asılı olmur.
Anti-Müller hormonunun normadan çox olması:
Qadınlarda:
- Normoqonadotrop anovulyator sonsuzluq
- Polikistik yumurtalıq sindromu
- Yumurtalıqların qranulyoz hüceyrə şişləri
Kişilərdə:
- Cinsi inkişafdan qalma
- Antiandrogen terapiya
- Androgenlərin sintezinin pozulması
- Androgen təsirinə qarşı rezistentliyin yaranması
- Hipoqonadotrop hipoqonadizm
Anti-Müller hormonunun normadan az olması:
Qadınlarda:
- Ovarial rezervin yaşla əlaqədar olaraq azalması
- Piylənmə
- Yumurtalıq çatışmazlığı (kimyəvi müalicədən sonra)
Kişilərdə:
- AMH genində mutasiya (Müller axacaqlarının persistensiya sindromu)
- Vaxtından əvvəl cinsi inkişaf
- Androgenlərin miqdarının artması
- Anorxizm
- Qeyri-obstruktiv azoospermiya
Anti-Müller hormonunun normal dəyəri aşağıdakı kimidir:
Qadın:
- < 2 yaş 4,7 ng/ml
- 2-12 yaş 8,9 ng/ml
- 13-45 yaş 1,0-10,6 ng/ml
- > 45 yaş 1,0 ng/ml
Kişi:
- < 2 yaş 14-466 ng/ml
- 2-12 yaş 3,8-159,8 ng/ml
- > 12 yaş 1,3-14,8 ng/ml
Tədqiqat metodu: Electrochemiluminescence immunoassay (ECLİA)
Qeyd: Müayinə metodu və analizin icra olunduğu cihazdan asılı olaraq normal dəyərlər fərqli ola bilər. Nəticəni düzgün qiymətləndirmək üçün bu, nəzərə alınmalıdır
Nümunə: qan zərdabı
Nümunə həcmi: 1,0 mL
Minimal həcm: 0,5 mL (bu həcmlə müayinəni təkrar aparmaq mümkün deyil)
Konteyner: qırmızı/sarı qapaqlı birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastik sınaq şüşəsi
Nümunə başqa laboratoriyaya göndəriləcəksə, zərdab hissə formalı elementlərdən ayrılıb digər plastik qaba (ependorfa) tökülərək dondurulmalıdır.
Saxlanma şəraiti:
- Otaq temperaturunda (15-25 ̊C) stabil deyil
- Soyuducuda (2-8 ̊C) 2 gün
- Dondurucuda (< -25 ̊C) 30 gün
Nümunənin daşınma temperaturu:
- Dondurulmuş
Nümunənin rədd edilməsi:
- Nümunə qabının səhv işarələnməsi
- Bariz hemoliz
- Bariz lipemiya
Anti-Müller hormonunun normal dəyəri aşağıdakı kimidir:
Qadın:
- < 2 yaş 4,7 ng/ml
- 2-12 yaş 8,9 ng/ml
- 13-45 yaş 1,0-10,6 ng/ml
- > 45 yaş 1,0 ng/ml
Kişi:
- < 2 yaş 14-466 ng/ml
- 2-12 yaş 3,8-159,8 ng/ml
- > 12 yaş 1,3-14,8 ng/ml
Tədqiqat metodu: Electrochemiluminescence immunoassay (ECLİA)
Qeyd: Müayinə metodu və analizin icra olunduğu cihazdan asılı olaraq normal dəyərlər fərqli ola bilər. Nəticəni düzgün qiymətləndirmək üçün bu, nəzərə alınmalıdır
Müayinə müddəti
Qiymət

