




Somatotrop hormon
Sinonimləri:
- Somatotropin
- Boy hormonu (GH-growth hormone)
Somatotrop hormon somatostatin və somatoliberinin nəzarəti altında hipofiz vəzinin ön payındakı asidofil somatotrof hüceyrələr tərəfindən sintez olunur. Əsas funksiyası anadan olandan yetkinlik yaşına qədər orqanizmin böyüməsini formalaşdırmaqdır. Somatotrop hormon bir çox toxumalarda öz funksiyasını qaraciyər tərəfindən sintez olunan somatomedin C vasitəsilə icra edir. Sümüklərin və yumşaq toxumaların böyümə və inkişafını sürətləndirir. Müsbət azot və fosfor balansını təmin etməklə, sidik cövhərinin miqdarını azaltmaqla zülal sintezini aktivləşdirir. Böyüməkdə olan toxumaların ionlara tələbatı artdığı üçün somatotropin natrium və kalium ionlarının sidiklə ekskresiyasını azaldır, kalsiumun bağırsaqlardan sorulmasını artırır. Bu hormon piy toxumasında yağların parçalanmasını və nəticədə yaranan yağ turşularının mobilizasiyasını, əzələ və qaraciyər (burda yağ turşularından qlükoza sintez olunur) toxumaları tərəfindən mənimsənilməsini aktivləşdirir. Somatotrop hormon qanda qlükoza miqdarına insulinin əksinə təsir göstərir, qlükozanın toxumalar tərəfindən mənimsənilməsini azaldır. T-limfosit miqdarını artırmaqla immun sistemə təsir edir, tər ifrazını artırır.
Somatotrop hormonu hipotalamus tərəfindən sintez və sekresiya olunan somatotropin-releasing hormonunun təsirilə sekresiya olunur. Fiziki iş, yuxu, qanda qlükoza miqdarının azalması, zülalla zəngin qida qəbulu zamanı hormon miqdarı artır.
Somatotop hormonun miqdarının artması yetkinlik yaşına çatana kimi giqantizm, yetkinlik yaşından sonrakı periodda akromeqaliya ilə nəticələnir. Uşaqlarda bu hormonun defisiti nəticəsində karliklik (cırtdanboyluluq) yaranır.
Tədqiqat metodu: Electrochemiluminescence immunoassay (ECLİA)
Müayinəsinə göstəriş:
Somatotrop hormon hipotalamusun patologiyalarını, hipopituitarizmi (hipofiz vəzinin funksiyasının azalması), akromeqaliyanı tədqiq etmək, boy hormonunun ektopok (neoplazmalar tərəfindən) sekresiyasını müəyyənləşdirmək üçün təyin olunur.
Qan mütləq şəkildə səhər ac qarnına götürülməlidir. Axşam qəbul edilən qidadan sonra 8-14 saatlıq gecə pəhrizi saxlanılmalıdır (su içmək olar). Müayinədən 3 gün öncə bütün ağır fiziki hərəkətlər dayandırılmalıdır. Alkoqol qəbulu olmaz, siqaret çəkibsə ən az bir saat sonra qan götürülməlidir. Yüksək dozada biotin tərkibli preparatların (B7 və ya B8 vitamini, vitamin H, koenzim R) qəbulu analizin nəticəsinə təsir edə bilər. Bunun üçün pasientlərə analiz verməzdən 12 saat öncə biotin qəbulunu dayandırmaq tövsiyyə olunur.
Somatotropin miqdarının normadan çox olması:
- Giqantizm
- Akromeqaliya
Bu iki hal somatotrop hormon hasilatının həddən artıq olmasıyla əlaqədar baş verir.
- Anorexia nervosa
- Stress
- Ağır cərrahiyyə əməliyyatı
- Hipoqlisemiya
- Aclıq
- Dərin yuxu halları
- İdman
Bu hallarda somatotrop hormon sekresiyasının stimulyasiyası baş verir.
Somatotropin miqdarının normadan az olması:
- Somatotropin defisiti
- Hipofiz və hipotalamusun işemik xəstəlikləri, şişləri, travmaları zamanı somatotrop hormonun sintez və sekresiyası azalır.
- Cırtdanboyluluq
- Uşaqlarda boy hormonunun defisiti nəticəsində yaranır.
- Hiperqlisemiya
- Qlükoza miqdarının artması somatotrop miqdarını azaldır
- Cinsi inkişafın gecikməsi
Qeyd: Somatotrop hormonun sekresiyası epizodik xarakter daşıyır. Hormonun qanda yarımparçalanma dövrü 20-25 dəqiqədir. Buna görə də somatotropin artıqlığı və ya defisitini düzgün təyin etmək üçün boy hormonu stimulyator və inhibitor testlərini, somatomedin C miqdarını tədqiq etmək lazımdır. Stress, fiziki yük, pəhriz, qanda qlükoza miqdarının azalması da hormon miqdarına təsir edə bilər.
Somatotrop miqdarını artıran dərman preparatları: amphetamine, arginine, dopamine, estrogenlər, qlükaqon, histamin, insulin, levodopa, methyldopa, nikotin turşusu.
Somatotrop miqdarını azaldan dərman preparatları: kortikosteroidlər, phenotiazine
Nəticənin məqsədyönlü interpritasiyası üçün yuxarıdakı hallar nəzərə alınmalıdır.
Somatotrop hormonun normal dəyəri aşağıdakı kimidir:
Uşaqlarda:
- < 3 yaş qız 0,4340 - 3,0340 ng/ml
oğlan 0,3670 - 2,0670 ng/ml
- 3 yaş- 6 yaş qız 0,10 - 1,90 ng/ml
oğlan 0,0670 - 2,1670 ng/ml
- 6 yaş- 9 yaş qız 0,1340 - 4,6670 ng/ml
oğlan 0,1340 - 2,7670 ng/ml
- 9 yaş- 10 yaş qız 0,0670 - 2,70 ng/ml
oğlan 0,0670 - 1,70 ng/ml
- 10 yaş- 11 yaş qız 0,10 - 5,9670 ng/ml
oğlan 0,0670 - 4,0670 ng/ml
- 11 yaş- 12 yaş qız 0,1340 - 9,70 ng/ml
oğlan 0,10 - 7,70 ng/ml
- 12 yaş-13 yaş qız 0,1670 - 15,40 ng/ml
oğlan 0,10 - 6,83 ng/ml
- 13 yaş- 14 yaş qız 0,1340 - 8,56 ng/ml
oğlan 0,10 - 6,17 ng/ml
- 14 yaş- 15 yaş qız 0,20 - 8,66 ng/ml
oğlan 0,10 - 6,76 ng/ml
- 15 yaş- 16 yaş qız 0,2340 - 10,10 ng/ml
oğlan 0,0670 - 9,86 ng/ml
- 16 yaş- 17 yaş qız 0,2670 - 9,37 ng/ml
oğlan 0,20 - 10,50 ng/ml
- 17 yaş- 19 yaş qız 0,20 - 3,73 ng/ml
oğlan 0,8340 - 4,06 ng/ml
Böyüklərdə:
- 21 yaş- 77 yaş qadın 9,88 ng/ml
- 20 yaş- 79 yaş kişi 2,47 ng/ml
Vahidlərin çevrilməsi:
- ng/mL x 1000 = pg/mL
- pg/mL x 0.001 = ng/mL
- ng/mL x 3.0 = mIU/mL
- mIU/L x 0.333 = ng/mL
Tədqiqat metodu: Electrochemiluminescence immunoassay (ECLİA)
Qeyd: Müayinə metodu və analizin icra olunduğu cihazdan asılı olaraq normal dəyərlər fərqli ola bilər. Nəticəni düzgün qiymətləndirmək üçün bu nəzərə alınmalıdır.
Somatotrop hormon (digər adları ilə somatotropin, boy hormonu) böyüməni, hüceyrələrin bölünmə və böyüməsini, regenerasiyasını aktivləşdirən peptid hormondur. İnsan skeletinin böyümə və formalaşmasında və müəyyən hüceyrələrin mitoz bölünməsində önəmli stimulyator rolunu oynayır. Orqanizmdə öz funksiyasını əsasən somatomedin C (IGF-1 - insulin-like growth factor C) vasitəsilə icra edir. Sümüklərin və yumşaq toxumaların böyümə və inkişafını sürətləndirir. Müsbət azot və fosfor balansını təmin etməklə, sidik cövhərinin miqdarını azaltmaqla zülal sintezini aktivləşdirir. Böyüməkdə olan toxumaların ionlara tələbatı artdığı üçün somatotropin natrium və kalium ionlarının sidiklə ekskresiyasını azaldır, kalsiumun bağırsaqlardan sorulmasını artırır. Bu hormon piy toxumasında yağların parçalanmasını və nəticədə yaranan yağ turşularının mobilizasiyasını, əzələ və qaraciyər (burada yağ turşularından qlükoza sintez olunur) toxumaları tərəfindən mənimsənilməsini aktivləşdirir. Somatotrop hormon qanda qlükoza miqdarına insulinin əksinə təsir göstərir, qlükozanın toxumalar tərəfindən mənimsənilməsini azaldır. T-limfosit miqdarını artırmaqla immun sistemə təsir edir, tər ifrazını artırır.
Strukturu:
Somatotrop hormon molekulyar çəkisi 22.124 Da-a bərabər, 191 amin turşusundan ibarət zülaldır. Tərkibində hədəf hüceyrələrdəki somatotrop reseptorları ilə əlaqəyə girmək üçün vacib olan dörd spiral var.
Fiziologiyası:
Sintezi:
Somatotrop hormon hipofiz vəzinin ön payındakı asidofil hüceyrələr tərəfindən sintez və sekresiya olunur. Hormon sintezinə nəzarət edən boy hormonu-1 (somatotropin- hipofiz boy hormonu) və boy hormonu-2 (plasenta boy hormonu) genləri 17-ci autosom xromosomda (q22-24) lokalizasiya olunub. Somatotrop hormonun sintez və sekresiyası hipotalamusun neyrosekretor nüvələri tərəfindən tənzimlənir. Bu hüceyrələr hipofiz vəzinin portal venasına somatokrinin (GHRH- growth hormone- releasing hormone) və somatostatin (GHIH- growth hormone- inhibitor hormone) sekresiya edirlər. Boy hormonunun hipofiz tərəfindən sekresiyası bu iki peptidin balansıyla təyin olunur. Bir sıra fizioloji stimulyatorlar (idman, qidalanma, yuxu) və inhibitorlar (sərbəst yağ turşuları) bu peptidlərin sekresiyasına təsir edir. Anterior hipofizin somatotrof hüceyrələri tərəfindən somatotrop hormon sekresiyası pulsativ formada baş verir. Plazmaya hormon ən yüksək miqdarda (13-72 ng/ml) yuxuya getdikdən bir saat sonra sekresiya olunur. Bundan başqa şəxslərdən və günlərdən, günün vaxtından asılı olaraq hormon miqdarı fərqli ola bilər. İmpulsiv artma dalğası hər 3-5 saatda bir baş verir. Bu zaman ən yüksək konsentrasiya 5 ng/ml-dən 45 ng/ml-ə qədər dəyişə bilər. Yaş, cins, pəhriz, idman, stress kimi faktorlar da hormon sekresiyasına təsir edir. Yeniyetmələrdə hormonun sekresiya tezliyi 700 μg/gün, bir qədər yaşlı sağlam şəxslərdə isə 400 μg/gün olur.
Somatotrop hormon sekresiyasının stimulyatorları:
- Somatokrinin boy hormonu
- Ghrelin (aclıq hormonu)- boy hormonu
- Androgen sintezinin yeniyetməlik dövründə artması (kişilərdə xayalar, qadınlarda böyrəküstü vəzin qabıq maddəsi tərəfindən)
- Estrogen
- Nikotin turşusu (vitamin B₃)
- Klonidin və L-DOPA
- Propranolol
- Aclıq
- Gərgin fiziki idman
Somatotrop hormon sekresiyasının inhibitorları:
- Somatostatin
- Plazmada boy hormonu və somatomedin C-nin artması
- Hiperqlisemiya
- Qlükokortikoidlər
- Dihidrotestosteron
Funksiyası:
Somatotrop hormonun əsas funksiyası uşaqlıq dönəmində boy uzanmasını stimullaşdırmaqdır. Bu proses əsasən iki mexanizmlə baş verir:
- Digər polipeptid tərkibli hormonlar kimi bu hormon da yağda həll olmadığı üçün hüceyrə membranından sadə diffuziya yolu ilə keçə bilmir. Öz təsirini göstərmək üçün hüceyrə membranında yerləşən spesifik reseptorla birləşir. MAPK/ERK mexanizmini aktivləşdirir (MAPK mitogen-activated protein kinases/ERK extracellular signal-regulated kinases). Bu mexanizmlə somatotropin qığırdaq hüceyrələrinin bölünmə və çoxalmasını stimullaşdırır.
- Somatotrop hormon JAK-STAT siqnalıyla proinsulinin homoloqu olan insulinə-bənzər boy faktoru 1 (İGF-1- insulin-like growth factor-1) sekresiyasını aktivləşdirir. Bu faktorun əsas sintezi qaraciyər tərəfindən həyata keçirildiyi üçün bu orqan boy hormonu üçün əsas hədəf orqandır. IGF-1 bir çox toxuma və hüceyrələrə təsir göstərə bilir. Nəticədə bu hüceyrələrin bölünmə və böyüməsi stimullaşır. Ən önəmli təsirini osteoblast və xondrosit hüceyrələrə edərək sümüklərin böyüməsini aktivləşdirir.
Uşaq və yeniyetmələrdəki boy uzanmasını aktivləşdirməkdən başqa somatotrop hormon orqanizmdə bir sıra digər funksiyalar da icra edir:
- Kalsiumun sorulmasını sürətləndirərək sümüklərin minerallaşmasını və möhkəmlənməsini artırır.
- Əzələ kütləsini artırır.
- Lipolizi sürətləndirir.
- Zülal sintezini intensivləşdirir.
- Beyin daxil olmaqla bütün daxili orqanların böyüməsini stimullaşdırır.
- Homeostazın saxlanılmasında vacib rol oynayır.
- Qaraciyər tərəfindən qlükozanın mənimsənilməsini azaldır.
- Qaraciyərdə qlikoneogenezi tətikləyir.
- Mədəaltı vəzin Langerhans adacıqlarındakı hüceyrələrin funksiyasına təsir göstərir.
- İmmun sistemi stimullaşdırır.
- Tiroksinin (T4) triyodtrioninə (T3) çevrilməsini intensivləşdirir.
Qan mütləq şəkildə səhər ac qarnına götürülməlidir. Axşam qəbul edilən qidadan sonra 8-14 saatlıq gecə pəhrizi saxlanılmalıdır (su içmək olar). Müayinədən 3 gün öncə bütün ağır fiziki hərəkətlər dayandırılmalıdır. Alkoqol qəbulu olmaz, siqaret çəkibsə ən az bir saat sonra qan götürülməlidir. Yüksək dozada biotin tərkibli preparatların (B7 və ya B8 vitamini, vitamin H, koenzim R) qəbulu analizin nəticəsinə təsir edə bilər. Bunun üçün pasientlərə analiz verməzdən 12 saat öncə biotin qəbulunu dayandırmaq tövsiyyə olunur.
Somatotropin miqdarının normadan çox olması:
- Giqantizm
- Akromeqaliya
Bu iki hal somatotrop hormon hasilatının həddən artıq olmasıyla əlaqədar baş verir.
- Anorexia nervosa
- Stress
- Ağır cərrahiyyə əməliyyatı
- Hipoqlisemiya
- Aclıq
- Dərin yuxu halları
- İdman
Bu hallarda somatotrop hormon sekresiyasının stimulyasiyası baş verir.
Somatotropin miqdarının normadan az olması:
- Somatotropin defisiti
- Hipofiz və hipotalamusun işemik xəstəlikləri, şişləri, travmaları zamanı somatotrop hormonun sintez və sekresiyası azalır.
- Cırtdanboyluluq
- Uşaqlarda boy hormonunun defisiti nəticəsində yaranır.
- Hiperqlisemiya
- Qlükoza miqdarının artması somatotrop miqdarını azaldır
- Cinsi inkişafın gecikməsi
Qeyd: Somatotrop hormonun sekresiyası epizodik xarakter daşıyır. Hormonun qanda yarımparçalanma dövrü 20-25 dəqiqədir. Buna görə də somatotropin artıqlığı və ya defisitini düzgün təyin etmək üçün boy hormonu stimulyator və inhibitor testlərini, somatomedin C miqdarını tədqiq etmək lazımdır. Stress, fiziki yük, pəhriz, qanda qlükoza miqdarının azalması da hormon miqdarına təsir edə bilər.
Somatotrop miqdarını artıran dərman preparatları: amphetamine, arginine, dopamine, estrogenlər, qlükaqon, histamin, insulin, levodopa, methyldopa, nikotin turşusu.
Somatotrop miqdarını azaldan dərman preparatları: kortikosteroidlər, phenotiazine
Nəticənin məqsədyönlü interpritasiyası üçün yuxarıdakı hallar nəzərə alınmalıdır.
Somatotrop hormonun normal dəyəri aşağıdakı kimidir:
Uşaqlarda:
- < 3 yaş qız 0,4340 - 3,0340 ng/ml
oğlan 0,3670 - 2,0670 ng/ml
- 3 yaş- 6 yaş qız 0,10 - 1,90 ng/ml
oğlan 0,0670 - 2,1670 ng/ml
- 6 yaş- 9 yaş qız 0,1340 - 4,6670 ng/ml
oğlan 0,1340 - 2,7670 ng/ml
- 9 yaş- 10 yaş qız 0,0670 - 2,70 ng/ml
oğlan 0,0670 - 1,70 ng/ml
- 10 yaş- 11 yaş qız 0,10 - 5,9670 ng/ml
oğlan 0,0670 - 4,0670 ng/ml
- 11 yaş- 12 yaş qız 0,1340 - 9,70 ng/ml
oğlan 0,10 - 7,70 ng/ml
- 12 yaş-13 yaş qız 0,1670 - 15,40 ng/ml
oğlan 0,10 - 6,83 ng/ml
- 13 yaş- 14 yaş qız 0,1340 - 8,56 ng/ml
oğlan 0,10 - 6,17 ng/ml
- 14 yaş- 15 yaş qız 0,20 - 8,66 ng/ml
oğlan 0,10 - 6,76 ng/ml
- 15 yaş- 16 yaş qız 0,2340 - 10,10 ng/ml
oğlan 0,0670 - 9,86 ng/ml
- 16 yaş- 17 yaş qız 0,2670 - 9,37 ng/ml
oğlan 0,20 - 10,50 ng/ml
- 17 yaş- 19 yaş qız 0,20 - 3,73 ng/ml
oğlan 0,8340 - 4,06 ng/ml
Böyüklərdə:
- 21 yaş- 77 yaş qadın 9,88 ng/ml
- 20 yaş- 79 yaş kişi 2,47 ng/ml
Vahidlərin çevrilməsi:
- ng/mL x 1000 = pg/mL
- pg/mL x 0.001 = ng/mL
- ng/mL x 3.0 = mIU/mL
- mIU/L x 0.333 = ng/mL
Tədqiqat metodu: Electrochemiluminescence immunoassay (ECLİA)
Qeyd: Müayinə metodu və analizin icra olunduğu cihazdan asılı olaraq normal dəyərlər fərqli ola bilər. Nəticəni düzgün qiymətləndirmək üçün bu nəzərə alınmalıdır.
Nümunə: qan zərdabı
Nümunə həcmi: 1,0 mL
Minimal həcm: 0,5 mL (bu həcmlə müayinəni təkrar aparmaq mümkün deyil)
Konteyner: qırmızı/sarı qapaqlı birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastik sınaq şüşəsi
Saxlanma şəraiti:
- Otaq temperaturunda (15-25 ̊C) 7 gün
- Soyuducuda (2-8 ̊C) 14 gün
- Dondurucuda (< -25 ̊C) 28 gün
- Dondurma/əritmə x3 dəfə stabildir
Saxlanma şəraiti:
- Otaq temperaturunda (15-25 ̊C) 7 gün
- Soyuducuda (2-8 ̊C) 14 gün
- Dondurucuda (< -25 ̊C) 28 gün
- Dondurma/əritmə x3 dəfə stabildir
Nümunənin daşınma temperaturu:
- Otaq temperaturu
Nümunənin rədd edilməsi:
- Plazma
- Nümunə qabının səhv işarələnməsi
- Gözlə görülə bilən hemoliz
Somatotrop hormonun normal dəyəri aşağıdakı kimidir:
Uşaqlarda:
- < 3 yaş qız 0,4340 - 3,0340 ng/ml
oğlan 0,3670 - 2,0670 ng/ml
- 3 yaş- 6 yaş qız 0,10 - 1,90 ng/ml
oğlan 0,0670 - 2,1670 ng/ml
- 6 yaş- 9 yaş qız 0,1340 - 4,6670 ng/ml
oğlan 0,1340 - 2,7670 ng/ml
- 9 yaş- 10 yaş qız 0,0670 - 2,70 ng/ml
oğlan 0,0670 - 1,70 ng/ml
- 10 yaş- 11 yaş qız 0,10 - 5,9670 ng/ml
oğlan 0,0670 - 4,0670 ng/ml
- 11 yaş- 12 yaş qız 0,1340 - 9,70 ng/ml
oğlan 0,10 - 7,70 ng/ml
- 12 yaş-13 yaş qız 0,1670 - 15,40 ng/ml
oğlan 0,10 - 6,83 ng/ml
- 13 yaş- 14 yaş qız 0,1340 - 8,56 ng/ml
oğlan 0,10 - 6,17 ng/ml
- 14 yaş- 15 yaş qız 0,20 - 8,66 ng/ml
oğlan 0,10 - 6,76 ng/ml
- 15 yaş- 16 yaş qız 0,2340 - 10,10 ng/ml
oğlan 0,0670 - 9,86 ng/ml
- 16 yaş- 17 yaş qız 0,2670 - 9,37 ng/ml
oğlan 0,20 - 10,50 ng/ml
- 17 yaş- 19 yaş qız 0,20 - 3,73 ng/ml
oğlan 0,8340 - 4,06 ng/ml
Böyüklərdə:
- 21 yaş- 77 yaş qadın 9,88 ng/ml
- 20 yaş- 79 yaş kişi 2,47 ng/ml
Vahidlərin çevrilməsi:
- ng/mL x 1000 = pg/mL
- pg/mL x 0.001 = ng/mL
- ng/mL x 3.0 = mIU/mL
- mIU/L x 0.333 = ng/mL
Tədqiqat metodu: Electrochemiluminescence immunoassay (ECLİA)
Qeyd: Müayinə metodu və analizin icra olunduğu cihazdan asılı olaraq normal dəyərlər fərqli ola bilər. Nəticəni düzgün qiymətləndirmək üçün bu nəzərə alınmalıdır.
Müayinə müddəti
Qiymət

