




Qastrin (Gastrin)
Qastrin mədə və 12 barmaq bağırsaq traktının G hüceyrələri, həmçinin mədəaltı vəzinin adacıq hüceyrələri tərəfindən sintez olunan peptid hormondur. Tərkibindəki amin turşuların sayından asılı olaraq üç forması mövcuddur:
- G-17 (little)
- G-34 (big)
- G-14 (mini)
Normada qastrinin əsas hissəsi mədədə sintez olunur. Adı çəkilən hormonun əsas funksiyası mədənin paietal (bürüyücü) hüceyrələri tərəfindən xlorid turşusunun sintezini stimullaşdırmaqdır. Bundan başqa qastrin pepsinogenin, kastlın daxili faktorunun, sekretinin, bikarbonat və mədəaltı vəzi fermentlərinin, ödün sekresiyasını intensivləşdirir, mədə-bağırsaq traktının peristaltikasını artırır.
Qastrin sintezinin əsas stimulyatoru zülalla zəngin qida maddələrinin qəbulu və mədə şirəsinin turşuluğunun azalmasıdır. Sinir impulsları, adrenalin hormonu, kalsium ionları qastrin sekresiyasını artıran digər vacib stimulyatorlardır. Mədə şirəsinin turşuluğunun artması, sekretin, somatostatin, vazoaktiv bağırsaq polipeptidi, qastrin inhibisiyaedici polipeptid, qlükaqon, kalsitonin isə qastrin sekresiyasını azaldır.
Zollinger-Ellison sindromu (qastrinoma) zamanı G hüceyrələrindən inkişaf edən şiş hüceyrələri tərəfindən çoxlu miqdarda qastrin sintez olunur. Bu hormonun təsiriylə isə mədənin parietal hüceyrələri tərəfindən xlorid turşusunun sekresiyası artır və nəticədə mədə xorası yaranır. Belə pasientlərdə həm aclıq zamanı, həm də kalsium və sekretin stimulyasiyasından sonra (paradoksal artım) qastrin miqdarı artmış olur. Bundan başqa pernisioz anemiya, xroniki atrofik qastrit, mədə xərçəngi zamanı xlorid turşusu sekresiyasının azalmasına bağlı olaraq qastrin sekresiyası artır. Qida qəbulu, mədə xorasının müalicəsi zamanı istifadə olunan antasid (turşuluq əleyhinə), ptoton (H⁺) pompa inhibitorları, H₂- antaqonistləri də qastrin sekresiyasını artırdığı üçün müayinə zamanı bunlar nəzərə alınmalıdır.
Tədqiqat metodu: Electrochemiluminescence immunoassay (ECLİA)
Müayinəsinə göstəriş:
Qastrin Zollinger-Ellison sindromuna şübhə olan şəxslərin, axlorhidriya və pernisioz anemiyası olan pasientlərin tədqiqi zamanı müayinə olunur. Qastrinomanın diaqnozu üçün qastrinin bazal (ac qarnına), həmçinin kalsium və sekretinlə stimulyasiyadan sonrakı müayinəsi böyük önəm daşıyır.
Qan mütləq şəkildə səhər (7.00-11.00 arası) ac qarnına götürülməlidir. Axşam qəbul edilən qidadan sonra 8-12 saatlıq gecə pəhrizi saxlanılmalıdır (su içmək olar). Müayinədən 24 saat əvvəl alkoqollu içkilərin, yağlı qidaların, 8 saat əvvəl isə kofein tərkibli içkilərin qəbulu dayandırılmalıdır. Pasient antasid, antixolinergik maddələr qəbul edirsə, analiz verməzdən 12 saat əvvəl bu preparatların qəbulu dayandırılmalıdır. Proton (H⁺) pompa inhibitorlarının qəbulunu isə baş verə biləcək ağırlaşmalardan (turşuluq supressiyasının kəsilməsi ilə əlaqədar qanama və ya mədə divarının perforasiyası) dolayı dayandırmaq tövsiyyə olunmur.
Qastrin miqdarının normadan çox olması;
Zollinger-Ellison sindromu; bu sindrom mədəaltı vəzinin adacıq hüceyrələrinin qastrin hasil edən şişlərinə bağlı olaraq yaranır.
G-hüceyrə hiperplaziyası; mədənin antral hissəsindəki G hüceyrələri hiperplaziyaya məruz qalaraq yüksək miqdarda qastrin sintez edir.
Pernisioz anemiya,
Atrofik qastrit;
Bu xəstəliklər zamanı xlorid turşu sintezinin zəifləməsi ilə əlaqədar olaraq qastrin skeresiyasının güclü stimulyatoru olan qələvi mühit yaranır.
Qastrik karsinoma; mədə xərçəngi adətən axlorhidrik qələvi mühitdə yaranır. Bu mühit isə qastrin hasilatı üçün vacib stimulyatordur.
Xroniki böyrək çatışmazlığı; qastrinin orqanizm tərəfindən xaric edilməsi böyrəklər tərəfindən icra olunur. Bu orqanların funksional çatışmazlığı zamanı qan zərdabında qastrinin miqdarı normadan çox olur.
Mədənin pilorik hissəsinin obstruksiyası; bu zaman şiddətli mədə ağrısı yaranır. Bu ağrı isə qastrin sekresiyasının potensial stimulyatorudur.
Mədə çıxarılma əməliyyatı zamanı antral hissənin saxlanılması.
Qastrin miqarının normadan az olması;
Mədənin antral hissəsinin çıxarılması (azan sinirlə birgə); qastrinin az miqdarda olması qastrinoması çıxarılmış pasientlərdə müalicənin effektivliyini yoxlamaq üçün diaqnostik əhəmiyyət daşıyır. Belə xəstələrdə əməliyyatdan əvvəl qastrinin miqdarı normadan yuxarı olur.
Qeyd; zülalla zəngin qida, həddən artıq kofeinli içki qəbul edən şəxslərdə, insulin müalicəsi alan diabet xəstələrində (hipoqlikemiyaya cavab olaraq qastrin sekresiyası arta bilər), bir sıra dərman maddələri (lansoprazol, omeprazol, pantoprazol, rabeprozol, katexolaminlər) qəbul edən pasientlərdə qastrinin miqdarı artmış olur. Antixolinergik preparatların, tritsiklik antidepressantaların qəbulu zamanı isə qastrin miqdarı azalmış olur. Nəticəni məqsədəuyğun şəkildə interpritasiya etmək üçün bu faktorlar nəzərə alınmalıdır.
Qastrin - 13-115 pg/ml
Tədqiqat metodu: Electrochemiluminescence immunoassay (ECLİA)
Qeyd: Müayinə metodu və analizin icra olunduğu cihazdan asılı olaraq normal dəyər fərqli ola bilər. Nəticəni düzgün qiymətləndirmək üçün bu, nəzərə alınmalıdır.
Qastrin mədə-bağırsaq traktı, mədəaltı vəzi hüceyrələri tərəfindən sintez olunan peptid hormondur. Mədənin parietal hüceyrələri tərəfindən qastrik turşunun (xlorid turşusu) sintezini stimullaşdırır. Qida və ya antasidlərin qəbulu zamanı mədədə yaranan qələvi mühitin təsirindən qastrinin sintezi aktivləşir. Normal halda qida qəbulundan sonra qastrin sekresiyası artır, həzm prosesi bitdikdən sonra isə normal həddə düşür. Mədənin turşuluğu artdıqda isə mənfi əks əlaqə vasitəsiylə qastrin sintezi inhibisiya olunur. Bundan başqa qastrin öd, mədəaltı vəzi şirəsinin sekresiyasını, mədə-bağırsaq traktının peristaltikasını, mədənin epitel və endokrin hüceyrələrinin böyüməsini stimullaşdırır.
Sintezi:
Qastrin mədə (antral hissəsi), 12 barmaq bağırsağın selikli qişasında, həmçinin mədəaltı vəzidə yerləşən, mədə-bağırsaq traktının diffuz endokrin sisteminə aid G hüceyrələri tərəfindən sintez olunur. Bu peptid hormonun sintezini 17-ci autosom xromosomun 17q21.2 lokusunda yerləşən GAS geni kodlaşdırır. Tərkibindəki amin turşusunun sayına görə qastrinin 3 forması mövcuddur:
- Qastrin-34 ("big" qastrin)- yarımparçalanma müddəti 20-25 dəqiqədir.
- Qastrin-17 ("little" qastrin)-yarımparçalanma müddəti 5 dəqiqədir.
- Qastrin-14 ("mini" qastrin)-yarımparçalanma müddəti 5 dəqiqədir.
Bundan başqa qastrinin son C-terminal ucundakı beş amin turşu ardıcıllığına identik, sintetik forması olan pentaqastrin istehsal olunur.
Sekresiyası:
Qastrin hormonunun sekresiyası bir sıra stimulyator və inhibitorların təsirilə tənzim olunur. Bu tənzimləyiciləri aşağıdakı kimi klassifikasiya etmək olar:
Stimulyatorlar;
Mədənin pilorik hissəsinin daralması
Vaqal stimulyasiya (neyrokrin bombezin (14 amin turşusundan ibarət peptid) və GRP (gastrin-releasing peptide) vasitəsilə)
Betta-adrenergik, xolinergik maddələr
Mədədə turşuluğun azalması
Mədədə zülal hissəciklərinin varlığı
İnhibitorlar;
Mədə turşuluğunun artması
Somatostatin- mədə, 12 barmaq bağırsaq, mədəaltı vəzinin delta hüceyrələri tərəfindən sintez olunaraq G hüceyrələrin sekretor funksiyasını zəiflədir.
Sekretin- bağırsaqda pH azaldıqda 12 barmaq bağırsağın S-hüceyrələri tərəfindən sintez olunur və qastrin sintezini inhibisiya edir.
Vazoaktiv bağırsaq peptidi- mədə-bağırsaq traktı, pankreas, hipotalamusun supraxiazmatik nüvələri tərəfindən sintez olunur, ürəyin yığılmasını, traxeya, mədə, öd kisəsində damarların genişlənməsini stimulyasiya edir, qastrin sekresiyasını isə inhibisiya edir.
Qlükaqon- mədəaltı vəzinin alfa hüceyrələri tərəfindən sintez olunan, karbohidrat mübadiləsində iştirak edən, sekretin ailəsinə daxil olan hormondur.
Kalsitonin-qalxanabənzər vəzinin parafollikulyar hüceyrələri tərəfindən sintez olunur, sümük mübadiləsinin tənzimlənməsində iştirak edir, mədə-bağırsaq traktının G hüceyrələrinə sekretinə bənzər təsir göstərərək qastrin sintezini inhibisiya edir.
Funksiyası:
Qastrin mədənin parietal hüceyrələri tərəfindən xlorid turşusunun sintezini stimullaşdırır. Hormon bu funksiyanı ya birbaşa bu hüceyrələrə təsir etməklə, ya da mədənin enteroxromaffinə bənzər hüceyrələrinin səthindəki xolesistokinin B reseptorlarına birləşərək, bu hüceyrələrdən histamin sintezini stimullaşdırmaqla icra edir. Histamin parietal hüceyrələrə parakrin təsir göstərməklə bu hüceyrələrdən H⁺ ionlarının sekresiyasını aktivləşdirir. Bundan başqa qastrin orqanizmdə bir sıra digər funksiyaları da icra edir;
Parietal hüceyrələrin böyüməsini və inkişafını stimullaşdırır.
Əsas hüceyrələrdən mədənin həzm fermentləri olan pepsinogenin (pepsinin inaktiv forması), zimogenin sintezi aktivləşdirir.
Mədənin antral hissəsinin yığılma qabiliyyətini, pilorik sfinkterin isə relaksasiyasını artıraraq mədə möhtəviyyatının boşalmasını intensivləşdirir.
İleoçekal qapağın relaksasiya olunmasında vacib rol oynayır.
Mədəaltı vəzinin ferment sekresiyasını və öd kisəsinin boşalmasını induksiya edir.
Aşağı ezofageal sfinkterin yığılmasını isə endogen qastrindən daha çox pentaqastrin (süni istehsal olunmuş) stimullaşdırır.
Qastrin qastrokolik refleksin yaranmasına təsir edir.
Klinik və diaqnostik əhəmiyyəti:
Qastroduodenal xoralar, qeyri-xora mənşəli dispepsiyalar, qastroezofageal reflyuksun müalicəsi zamanı qəbul edilən proton (H⁺) pompa inhibitorları (benzimidazol əvəzləyiciləri, omeprozol) mədənin parietal hüceyrələri tərəfindən xlorid turşusunun sintez olunmasını inhibisiya edir. Yaranan axlorhidriya (mədədə turşuluğun azalması) hiperqastrinemiyanın ən çox rast gəlinən səbəbi hesab olunur.
Pernisioz anemiya, atrofik qastrit zamanı mədənin ferment sintez edən əsas hüceyrələri ilə bərabər xlorid turşusu sintez edən parietal hüceyrələri də atrofiyaya məruz qalır. Nəticədə mədənin pH-ı artır və yaranan qələvi mühit antral hissənin G hüceyrələrindən qastrin sekresiyasını stimulyasiya edir.
Qastrin sintezi patoloji olaraq pankreasda (20-40%) və ya 12 barmaq bağırsaqda (50-70%) inkişaf edən neyroendokrin şişlər (qastrinoma) zamanı artır. Mədəaltı vəzinin G hüceyrə şişləri, hiperqastrinemiya və ağır mədə-12 barmaq bağırsaq xorası triadası Zollinger-Ellison sindromu kimi tanınır. Qastrinomaların 50%-dən çoxu bədxassəli olub, limfa düyünlərinə və qaraciyərə metastazlar verir. Təxminən 25%-i I tip çoxsaylı endokrin neoplaziya (MEN 1- multiple endocrine neoplasia type 1) sindromunun tərkibinə daxil olur və hiperparatiroidizm, hipofizar adenoma ilə assosasiya olunur. MEN-1 assosasiyalı şişlər erkən yaşlarda üzə çıxır və çox zaman xoşxassəli olur. Normal və ya artmış xlorid turşusu fonunda rast gəlinən hiperqastrinemiya Zollinger-Ellison sindromuna şübhə yaradır. Qastrinoması olan pasientlərin böyük əksəriyyətində (> 60%) qastrin miqdarı əhəmiyyətli dərəcədə (> 400 pg/ml) artmış olur. Bazal (yəni heç bir stimulyasiya olmadan, acqarnına) mədə turşusu sekresiyası > 15 mmol/saat olan, əvvəlcədən mədəsində heç bir qastrik əməliyyat icra olunmayan, mədə və ya duodenal xoralı pasientlərdə qastrin miqdarının > 1000 pg/ml olması qastrinoma üçün diaqnostik kriteriya hesab olunur.
Mədə, nadir hallarda duodenal xoralar, pilorik hissənin obturasiyası zamanı mədə turşuluğunun normal olması və ya azalması fonunda qastrin miqdarı arta bilər. Bundan başqa şəkərli diabet, qastroparezlə müşahidə olunan avtonomik neyropatiyalar, feoxromositoma, tireotoksikoz, paraneoplastik sindromlar zamanı da mədə turşuluğunun normal olması fonunda hiperqastrinemiya yarana bilər. Belə hallarda üzə çıxan hiperqastrinemiyanı qastrinoma zamanı yaranan hiperqastrinemiyadan fərqləndirmək üçün kalsium və ya sekretinlə (daha təhlükəsiz hesab olunur) provokativ testlər aparmaq lazım gəlir. Bu patologiyalar zamanı sekretin və ya kalsium infuziya olunduqdan sonra qastrin miqdarı azalır. Zollinger-Ellison sindromu və G-hüceyrə hiperplaziyası zamanı isə bu maddələrin hər hansı birinin yeridilməsi qastrin miqdarının daha da artmasına səbəb olur.
Kalsium infuziya testi zamanı pasientə kalsium qlükonat yeridilir və 4 saat müddətində, hər yarım saatdan bir qastrinin miqdarı müayinə olunaraq infuziyadan əvvəlki qastrin miqdarıyla müqayisə olunur.
Sekretin testi zamanı sekretin venadaxilinə yeridilir, inyeksiyadan əvvəlki və sonrakı qastrin miqdarı bir saat intervalla müayinə edilir və müqayisə olunur.
Provokativ testlər yalnız qastroenteroloji və ya endokrinoloji tibb müəssisələrində, həkim nəzarəti altında icra olunmalıdır. Kliniki-biokimyəvi laboratoriyalarda bu testlərin müayinəsi uyğun hesab olunmur.
Qan mütləq şəkildə səhər (7.00-11.00 arası) ac qarnına götürülməlidir. Axşam qəbul edilən qidadan sonra 8-12 saatlıq gecə pəhrizi saxlanılmalıdır (su içmək olar). Müayinədən 24 saat əvvəl alkoqollu içkilərin, yağlı qidaların, 8 saat əvvəl isə kofein tərkibli içkilərin qəbulu dayandırılmalıdır. Pasient antasid, antixolinergik maddələr qəbul edirsə, analiz verməzdən 12 saat əvvəl bu preparatların qəbulu dayandırılmalıdır. Proton (H⁺) pompa inhibitorlarının qəbulunu isə baş verə biləcək ağırlaşmalardan (turşuluq supressiyasının kəsilməsi ilə əlaqədar qanama və ya mədə divarının perforasiyası) dolayı dayandırmaq tövsiyyə olunmur.
Qastrin miqdarının normadan çox olması;
Zollinger-Ellison sindromu; bu sindrom mədəaltı vəzinin adacıq hüceyrələrinin qastrin hasil edən şişlərinə bağlı olaraq yaranır.
G-hüceyrə hiperplaziyası; mədənin antral hissəsindəki G hüceyrələri hiperplaziyaya məruz qalaraq yüksək miqdarda qastrin sintez edir.
Pernisioz anemiya,
Atrofik qastrit;
Bu xəstəliklər zamanı xlorid turşu sintezinin zəifləməsi ilə əlaqədar olaraq qastrin skeresiyasının güclü stimulyatoru olan qələvi mühit yaranır.
Qastrik karsinoma; mədə xərçəngi adətən axlorhidrik qələvi mühitdə yaranır. Bu mühit isə qastrin hasilatı üçün vacib stimulyatordur.
Xroniki böyrək çatışmazlığı; qastrinin orqanizm tərəfindən xaric edilməsi böyrəklər tərəfindən icra olunur. Bu orqanların funksional çatışmazlığı zamanı qan zərdabında qastrinin miqdarı normadan çox olur.
Mədənin pilorik hissəsinin obstruksiyası; bu zaman şiddətli mədə ağrısı yaranır. Bu ağrı isə qastrin sekresiyasının potensial stimulyatorudur.
Mədə çıxarılma əməliyyatı zamanı antral hissənin saxlanılması.
Qastrin miqarının normadan az olması;
Mədənin antral hissəsinin çıxarılması (azan sinirlə birgə); qastrinin az miqdarda olması qastrinoması çıxarılmış pasientlərdə müalicənin effektivliyini yoxlamaq üçün diaqnostik əhəmiyyət daşıyır. Belə xəstələrdə əməliyyatdan əvvəl qastrinin miqdarı normadan yuxarı olur.
Qeyd; zülalla zəngin qida, həddən artıq kofeinli içki qəbul edən şəxslərdə, insulin müalicəsi alan diabet xəstələrində (hipoqlikemiyaya cavab olaraq qastrin sekresiyası arta bilər), bir sıra dərman maddələri (lansoprazol, omeprazol, pantoprazol, rabeprozol, katexolaminlər) qəbul edən pasientlərdə qastrinin miqdarı artmış olur. Antixolinergik preparatların, tritsiklik antidepressantaların qəbulu zamanı isə qastrin miqdarı azalmış olur. Nəticəni məqsədəuyğun şəkildə interpritasiya etmək üçün bu faktorlar nəzərə alınmalıdır.
Qastrin - 13-115 pg/ml
Tədqiqat metodu: Electrochemiluminescence immunoassay (ECLİA)
Qeyd: Müayinə metodu və analizin icra olunduğu cihazdan asılı olaraq normal dəyər fərqli ola bilər. Nəticəni düzgün qiymətləndirmək üçün bu, nəzərə alınmalıdır.
Nümunə: qan zərdabı
Nümunə həcmi: 1,0 mL
Minimal həcm: 0,5 mL (bu həcmlə müayinəni təkrar aparmaq mümkün deyil)
Konteyner: qırmızı/sarı qapaqlı birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastik sınaq şüşəsi (gelli sınaq şüşələrinə üstünlük verilir)
Əgər nümunə başqa bir laboratoriyaya daşınacaqsa, qanın zərdab hissəsi ayrılaraq dondurulmalıdır.
Saxlanma şəraiti:
Otaq temperaturunda uyğun deyil
Soyuducuda (2-8 ̊C) 24 saat
Dondurucuda (< -25 ̊C) (üstünlük verilir) 30 gün
Nümunənin daşınma temperaturu:
Dondurulmuş
Nümunənin rədd edilməsi:
- Nümunə qabının səhv işarələnməsi
- Bariz hemoliz
- Bariz lipemiya
- Bariz ikteriya
- Ərimiş halda gətirilən qan zərdabı
Qastrin - 13-115 pg/ml
Tədqiqat metodu: Electrochemiluminescence immunoassay (ECLİA)
Qeyd: Müayinə metodu və analizin icra olunduğu cihazdan asılı olaraq normal dəyər fərqli ola bilər. Nəticəni düzgün qiymətləndirmək üçün bu, nəzərə alınmalıdır.
Müayinə müddəti
Qiymət

