




Androstendion
Androstendion androgen sintezinin biomarkeri hesab olunur. Testosteron və estron sintezinin əsas sələfi olan steroid tərkibli hormondur. Qan zərdabında androstendionun miqdarı testosterona nisbətən daha çox olsa belə (həm normal, həm də patoloji hallarda) androgen aktivliyi daha zəif olur. Böyrəküstü vəzi mənşəli androgen olan dehidroepiandrosteron (DHEA) və onun sulfatlaşmış fomasından (DHEA-S) fərqli olaraq androstendion həm böyrəküstü vəzinin qabıq maddəsi, həm də qadınlarda yumurtalıqlar, kişilərdə isə xayalar tərəfindən sintez olunur. Oğlan uşaqlarının pubertat (cinsi yetkinlik) dövründə androstendionun miqdarı testosterondan iki il əvvəl artmağa başlayır. Qadınlarda menstrual tsiklin əvvəlindən (follikulyar faza) etibarən artmağa başlayır, ortalarında (ovulyator faza) maksimal həddə çatır. Hamiləlik zamanı da bu hormonun miqdarı nisbətən yüksək olur. Androstendion hormonunun sintezi sutka ərzində dəyişir. Belə ki, səhər saatlarında maksimal olur, axşama doğru tədricən azalır.
Polikistik yumurtalıq sindromu, Kuşinq sindromu, böyrəküstü vəzinin qabıq maddəsinin hiperplaziyası zamanı bu hormonun miqdarı patoloji olaraq artır. Birincili və ikincili adrenal (böyrəküstü vəzi) çatışmazlığı zamanı isə azalır.
Tədqiqat metodu: Electrochemiluminescence immunoassay (ECLİA)
Müayinəsinə göstəriş:
Androstendion qızlarda virilizasiya (kişi cinsinə mənsub əlmətlərin inkişaf etməsi), hirsutizm (tüklənmə) əlamətlərinin, menstrual tsikldə mövcud olan pozğunluqların səbəbini araşdırmaq üçün müayinə olunur. Bundan başqa böyrəküstü vəzinin qabıq maddəsi, yumurtalıq, xayalıqlardan inkişaf edən adenoma və karsinomaların diaqnostikası və differensial diaqnostikası üçün digər cinsiyyət və adrenal (böyrəküstü vəzi) hormonlarla birgə tədqiq olunur.
Qan mütləq səhər ac qarnına götürülməlidir. Axşam qəbul edilən qidadan sonra 8-14 saatlıq gecə pəhrizi saxlanılmalıdır (su içmək olar). Pasient fiziki və psixoemosional yükdən azad olmalıdır. Alkoqol qəbul etmək olmaz. Siqaret çəkibsə ən az bir saat sonra qan götürülməlidir. Reproduktiv funksionallığı mövcud olan qadınlarda müayinəni menstrual tsiklin 2-4-cü günündə aparmaq uyğun hesab olunur.
Androstendion aşağıdakı hallarda normadan çox olur:
- Böyrəküstü vəzinin qabıq maddəsindən inkişaf edən bəzi şişlər. Bu şişlər tərəfindən böyük miqdarda androstendion sintez olunur.
- Anadangəlmə adrenal hiperplaziya. Bu xəstəlik zamanı androstendionun kortizola çevrilməsində iştirak edən fermentlərin (21 β-hidroksilaza və 11 β-hidroksilaza) irsi defisiti baş verir.
- Kuşinq xəstəliyi. Hipofiz vəzi tərəfindən yüksək miqdarda sintez olunan AKTH böyrəküstü vəzinin kortikal hissəsinə təsir edərək androstendionun sintezini stimullaşdırır.
- Ektopik adrenokortikotrop hormon (AKTH) hasil edən şişlər zamanı androstendion sintezi aktivləşir.
- Kuşinq sindromu. Böyrəküstü vəzinin qabıq maddəsindən kortizolla yanaşı androstendion hormonunun da sintezi artır.
- Polikistik yumurtalıq sindromu
- Yumurtalıqların stromasının hiperplaziyası və yumurtalıq şişləri
- İdiopatik vərdişi düşüklər (hamiləliyin sonlanması)
Androstendion aşağıdakı hallarda normadan az olur:
- Birincili və ya ikincili adrenal çatışmazlıq
- Yumurtalıqların funksional çatışmazlığı
Qeyd: Klomifen, kortikotropin kimi dərman preparatları androstendion miqdarını artıra, steroidlər isə əksinə, azalda bilər. Nəticəni məqsədəuyğun şəkildə interpritasiya etmək üçün bu faktorlar nəzərə alınmalıdır.
Androstendion hormonunun normal dəyəri aşağıdakı kimidir:
Qadın:
- 1-7 gün < 3,3 nmol/l
- 7 gün-1 ay < 3 nmol/l
- 1 ay-1 yaş < 5 nmol/l
- 1-4 yaş < 1,5 nmol/l
- 4-7 yaş < 2 nmol/l
- 7-10 yaş < 3,1 nmol/l
- 10-12 yaş < 10,5 nmol/l
- 12-14 yaş < 11,9 nmol/l
- 14-16 yaş < 15 nmol/l
- 16-18 yaş < 14,3 nmol/l
- > 18 yaş 1,6-19,0 nmol/l
Kişi:
- 1-7 gün < 3,8 nmol/l
- 7 gün-1 ay < 5,5 nmol/l
- 1 ay-1 yaş < 3 nmol/l
- 1-4 yaş < 1,2 nmol/l
- 4-7 yaş < 3 nmol/l
- 7-10 yaş < 2,8 nmol/l
- 10-12 yaş < 4,5 nmol/l
- 12-14 yaş < 5,6 nmol/l
- 14-16 yaş < 10,1 nmol/l
- 16-18 yaş < 10,8 nmol/l
- > 18 yaş 1,8-11,8 nmol/l
Tədqiqat metodu: Electrochemiluminescence immunoassay (ECLİA)
Qeyd: Müayinə metodu və analizin icra olunduğu cihazdan asılı olaraq normal dəyərlər fərqli ola bilər. Nəticəni düzgün qiymətləndirmək üçün bu nəzərə alınmalıdır.
Androstendion (4 androstendion və ya Δ4-dione) dehidroepiandrosterondan (DHEA) estron və testosteronun biosintezi zamanı aralıq məhsul kimi yaranan steroid tərkibli hormondur. Bu hormonun androgen təsiri daha zəif olur. Cinsi yetkinlik yaşındakı qızlarda rast gəlinən virilizasiya, hirsutizm əlamətlərinin səbəbini aydınlaşdırmaq üçün androstendion diaqnostik əhəmiyyət daşıyır. Bu əlamətlərin yumurtalıq və ya böyrəküstü vəzilərdəki patologiyalardan qaynaqlandığını differensiasiya etmək üçün androstendion hormonu DHEA-S (dehidroepiandrosteron sulfat) ilə birlikdə müayinə olunmalıdır.
Strukturu:
Formal adı androst-4-ene-3,17-dion olan androstendion hormonunun molekulyar strukturu 19 karbon atomundan ibarət steroid həlqədən təşkil olunmuşdur. Molekulyar çəkisi 286.4 g/mol olub, kimyəvi formulası C19H26O₂ şəklində ifadə olunur.
Fiziologiyası:
Biosintezi:
Androstendion böyrəküstü vəzinin kortikal hissəsindəki torlu məntəqə, xayalardakı Leydiq hüceyrələri, yumurtalıqlardakı teka hüceyrələri tərəfindən sintez olunur. Bu hormonun biosintezi iki yolla həyata keçirilir;
- 17 α-hidroksipreqnenolon 17,20-liaza fermentinin iştirakıyla DHEA-a, sonuncu isə 3 β-hidroksisteroid dehidrogenaza fermentinin iştirakıyla androstendiona çevrilir.
- 17 α-hidroksiprogesteron 17,20-liaza fermentinin iştirakı ilə birbaşa androstendiona çevrilir.
Androstendionun böyük bir hissəsi sulfatla və ya cinsiyyət hormonunu bağlayan qlobulinlə (sex hormone binding globulin) birləşmiş formada olur (inaktiv hissə). Hormonun yalnız bir qismi qanda sərbəst formada sirkulyasiya edir və bu hissə funksional aktiv olub, hədəf hüceyrələrə spesifik effektor təsir göstərir .
Periferik toxumalarda isə (əsasən cinsiyyət vəziləri) androstendion testosteron və estrona çevrilir.
Androstendionun adrenal sintezini hipofiz vəzinin adrenokortikotrop hormonu (AKTH), xayalıq və yumurtalıqlar tərəfindən sintezini isə qonadotropinlər (LH və FSH) tənzim edir.
Qadınlarda reproduktiv dövrdə androstendion böyrəküstü vəzi və yumurtalıqlar tərəfindən sintez olunur. Menopauza zamanı hormon sintezi əsasən adrenal vəzilər tərəfindən həyata keçirildiyi üçün (ovarial sintez inhibisiya olunur) qanda konsentrasiyası qismən azalmış olur.
Dölün qan zərdabında androstendionun miqdarı embrinoal inkişaf dövründə tədricən artır və doğuşdan əvvəl pik həddə çataraq yetkin yaşlı şəxslərdəki miqdarla təxminən eyni olur. Uşaq doğulduqdan sonra, bir yaşından etibarən hormon miqdarında azalma müşahidə olunur. Adrenarx zamanı (6-8 yaş) androstendion və DHEA hormonlarının sekresiyası tədricən artmağa başlayır. Pubertat dövründə isə digər androgenlər və estrogenlərlə yanaşı bu hormonun da sekresiyası intensiv olur.
Bioloji funksiyası:
Androstendion testosteron və digər androgenlərin, estrogenin sələfidir. Endogen prohormon olmaqla yanaşı bu hormonun androgen təsiri də vardır, lakin testosterona nisbətən daha zəifdir. DHEA-nın digər metabolitlərinə bənzər olaraq androstendionun çox zəif estrogen aktivliyi qeydə alınmışdır. Bu hormonun estrogen reseptorlarına (ERα və ERβ) qarşı affinliyi də çox aşağı olur.
Mütəxəssislər iddia edir ki, adrenarx zamanı androstendion və DHEA hormonlarının artması uşaqlarda sosial, mədəni və ekoloji davranışların öyrənilməsinə təsir edir. Hesab olunur ki, bu yaşda olan oğlan uşaqlarında aqressiyanın və rəqabət aparmaq vərdişinin yaranması ilə bu hormonun miqdarı arasında müəyyən korrelyasiya olur. Çünki bu yaş dövründə testosteronun miqdarı çox az olur.
Diaqnostik əhəmiyyəti:
Androstendion hormonu adrenal vəzilərin, yumurtalıqların, xayaların funksiyasını, həmçinin kişi cinsiyyət orqanlarının və fiziki (androgenik) xüsusiyyətlərinin inkişafı üçün vacib olan hormonların sintezini dəyərləndirmək üçün müayinə olunur. Hiperandrogeniya əlamətləri olan qadınlarda patologiyanın ovarial (yumurtalıq) və ya adrenal (böyrəküstü vəzi) mənşəli olmasını differensiasiya etmək üçün androstendion DHEA ilə birgə tədqiq olunmalıdır. Əgər pasientdə yalnız ovarial mənşəli hiperandrogeniya varsa, bu zaman əsasən androstendion, adrenal mənşəli hiperandrogeniyalar zamanı isə bu hormonların hər ikisi artmış olur.
Androstendionun diaqnostik əhəmiyyəti aşağıdakı kimi klassifikasiya olunur:
- Adrenal vəzilərin qabıq maddəsindən inkişaf edən şişlərin və ya AKTH sintez edən ektopik şişlərin diaqnostikası, həmçinin ovarial və testikulyar şişlərlə differensial diaqnostikası.
- Anadangəlmə adrenal hiperplaziyanın (erkən yaşlarda rast gəlinir, steroid hormonların sintezində iştirak edən əsasən 21 β-hidroksilaza, nadir hallarda isə 11 β-hidroksilaza fermentinin irsi defisiti ilə əlaqədar yaranan sindrom) diaqnostikası və müalicəsinin monitorinqi (testosteron və 17-hidroksiprogesteronla birgə).
- Gənc qızlarda polikistik yumurtalıq sindromunun, hipertekoz və androgen hasil edən şişlərin tədqiqi, virilizasiya (kişi cinsinə xarakterik olan əlamətlərin üzə çıxması) və hirsutizmin (tüklənmə) yaranma səbəbinin araşdırılması.
- Oğlan uşaqlarında cinsi yetkinliyin vaxtından əvvəl baş vermə səbəbinin aydınlaşdırılması.
- Digər cinsiyyət hormonlarıyla (testosteron, estrogen, DHEA) və qonadotropinlərlə (FSH və LH) birgə ovarial və ya testikulyar çatışmazlığın tədqiqi.
Androstendionun analizi zamanı hormonun aktiv və inaktiv formaları birlikdə (total) müayinə olunduğu üçün bu zaman yalnız hormonun ümumi konsentrasiyası haqqında informasiya almaq mümkün olur, bioloji aktivliyini isə dəqiq qiymətləndirmək mümkün olmur. Bundan başqa hədəf hüceyrələrdəki reseptorlarla əlaqəyə girən zaman androstendionun effekti digər androgen və antiandrogen maddələr tərəfindən modifikasiya oluna bilər. Buna görə də hormonun konsentrasiyası ilə hiperandrogeniya əlamətlərinin arasındakı korrelyasiyanı düzgün dəyərləndirmək üçün bu faktorlar nəzərə alınmalıdır.
Qan mütləq səhər ac qarnına götürülməlidir. Axşam qəbul edilən qidadan sonra 8-14 saatlıq gecə pəhrizi saxlanılmalıdır (su içmək olar). Pasient fiziki və psixoemosional yükdən azad olmalıdır. Alkoqol qəbul etmək olmaz. Siqaret çəkibsə ən az bir saat sonra qan götürülməlidir. Reproduktiv funksionallığı mövcud olan qadınlarda müayinəni menstrual tsiklin 2-4-cü günündə aparmaq uyğun hesab olunur.
Androstendion aşağıdakı hallarda normadan çox olur:
- Böyrəküstü vəzinin qabıq maddəsindən inkişaf edən bəzi şişlər. Bu şişlər tərəfindən böyük miqdarda androstendion sintez olunur.
- Anadangəlmə adrenal hiperplaziya. Bu xəstəlik zamanı androstendionun kortizola çevrilməsində iştirak edən fermentlərin (21 β-hidroksilaza və 11 β-hidroksilaza) irsi defisiti baş verir.
- Kuşinq xəstəliyi. Hipofiz vəzi tərəfindən yüksək miqdarda sintez olunan AKTH böyrəküstü vəzinin kortikal hissəsinə təsir edərək androstendionun sintezini stimullaşdırır.
- Ektopik adrenokortikotrop hormon (AKTH) hasil edən şişlər zamanı androstendion sintezi aktivləşir.
- Kuşinq sindromu. Böyrəküstü vəzinin qabıq maddəsindən kortizolla yanaşı androstendion hormonunun da sintezi artır.
- Polikistik yumurtalıq sindromu
- Yumurtalıqların stromasının hiperplaziyası və yumurtalıq şişləri
- İdiopatik vərdişi düşüklər (hamiləliyin sonlanması)
Androstendion aşağıdakı hallarda normadan az olur:
- Birincili və ya ikincili adrenal çatışmazlıq
- Yumurtalıqların funksional çatışmazlığı
Qeyd: Klomifen, kortikotropin kimi dərman preparatları androstendion miqdarını artıra, steroidlər isə əksinə, azalda bilər. Nəticəni məqsədəuyğun şəkildə interpritasiya etmək üçün bu faktorlar nəzərə alınmalıdır.
Androstendion hormonunun normal dəyəri aşağıdakı kimidir:
Qadın:
- 1-7 gün < 3,3 nmol/l
- 7 gün-1 ay < 3 nmol/l
- 1 ay-1 yaş < 5 nmol/l
- 1-4 yaş < 1,5 nmol/l
- 4-7 yaş < 2 nmol/l
- 7-10 yaş < 3,1 nmol/l
- 10-12 yaş < 10,5 nmol/l
- 12-14 yaş < 11,9 nmol/l
- 14-16 yaş < 15 nmol/l
- 16-18 yaş < 14,3 nmol/l
- > 18 yaş 1,6-19,0 nmol/l
Kişi:
- 1-7 gün < 3,8 nmol/l
- 7 gün-1 ay < 5,5 nmol/l
- 1 ay-1 yaş < 3 nmol/l
- 1-4 yaş < 1,2 nmol/l
- 4-7 yaş < 3 nmol/l
- 7-10 yaş < 2,8 nmol/l
- 10-12 yaş < 4,5 nmol/l
- 12-14 yaş < 5,6 nmol/l
- 14-16 yaş < 10,1 nmol/l
- 16-18 yaş < 10,8 nmol/l
- > 18 yaş 1,8-11,8 nmol/l
Tədqiqat metodu: Electrochemiluminescence immunoassay (ECLİA)
Qeyd: Müayinə metodu və analizin icra olunduğu cihazdan asılı olaraq normal dəyərlər fərqli ola bilər. Nəticəni düzgün qiymətləndirmək üçün bu nəzərə alınmalıdır.
Nümunə: qan zərdabı
Nümunə həcmi: 1,0 mL
Minimal həcm: 0,5 mL (bu həcmlə müayinəni təkrar aparmaq mümkün deyil)
Konteyner: qırmızı qapaqlı birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastik sınaq şüşəsi. Konteynerin üzərində pasientin cinsi, yaşı qeyd olunmalıdır.
Qan laxtalandıqdan sonra zərdab hissə ayrılmalıdır.
Saxlanma şəraiti:
- Otaq temperaturunda (15-25 ̊C) 7 gün
- Soyuducuda (2-8 ̊C) (üstünlük verilir) 14 gün
- Dondurucuda (< -25 ̊C) 28 gün
Nümunənin daşınma temperaturu:
- Otaq temperaturu
Nümunənin rədd edilməsi:
- Nümunə qabının səhv işarələnməsi
- Bariz hemoliz
- Bariz lipemiya
- Gelli sınaq şüşəsinə götürülmüş qan
Androstendion hormonunun normal dəyəri aşağıdakı kimidir:
Qadın:
- 1-7 gün < 3,3 nmol/l
- 7 gün-1 ay < 3 nmol/l
- 1 ay-1 yaş < 5 nmol/l
- 1-4 yaş < 1,5 nmol/l
- 4-7 yaş < 2 nmol/l
- 7-10 yaş < 3,1 nmol/l
- 10-12 yaş < 10,5 nmol/l
- 12-14 yaş < 11,9 nmol/l
- 14-16 yaş < 15 nmol/l
- 16-18 yaş < 14,3 nmol/l
- > 18 yaş 1,6-19,0 nmol/l
Kişi:
- 1-7 gün < 3,8 nmol/l
- 7 gün-1 ay < 5,5 nmol/l
- 1 ay-1 yaş < 3 nmol/l
- 1-4 yaş < 1,2 nmol/l
- 4-7 yaş < 3 nmol/l
- 7-10 yaş < 2,8 nmol/l
- 10-12 yaş < 4,5 nmol/l
- 12-14 yaş < 5,6 nmol/l
- 14-16 yaş < 10,1 nmol/l
- 16-18 yaş < 10,8 nmol/l
- > 18 yaş 1,8-11,8 nmol/l
Tədqiqat metodu: Electrochemiluminescence immunoassay (ECLİA)
Qeyd: Müayinə metodu və analizin icra olunduğu cihazdan asılı olaraq normal dəyərlər fərqli ola bilər. Nəticəni düzgün qiymətləndirmək üçün bu nəzərə alınmalıdır.
Müayinə müddəti
Qiymət

