




IGF-1 (İnsulinəbənzər böyümə faktoru)
IGF-1 (Insulin-like Growth Factor-1) - insulinəbənzər böyümə faktoru, digər adı ilə somatomedin-C sümüklərin, həmçinin orqanizmin digər toxumalarının böyüməsi və inkişafı üçün vacib olan polipeptid tərkibli hormondur. Əsasən somatotrop hormonun təsiri ilə qaraciyər və əzələ toxuması tərəfindən sintez olunur. Ümumiyyətlə, somatotrop hormon (hipofiz vəzinin boy hormonu) sümükləri və bir sıra digər periferik hüceyrələri IGF-1 (qismən də IGF-2) vasitəsilə stimullaşdırır.
IGF-1-i (əsasən IGFBP-3-lə kompleks şəklində) müayinə etməklə somatotrop hormonun sintezi və sekresiyası barədə daha düzgün informasiya almaq mümkündür.
Hipofiz vəzinin funksiyası zəiflədikdə (hipopituitarizm) və ya hər hansı səbəbdən bu vəzin hüceyrələri zədələndikdə somatotrop hormonun, dolayısı ilə IGF-1-n sintezi azalır. Bundan başqa IGF-1 sintez edən hüceyrələrin somatotrop hormona qarşı həssaslığı azaldıqda, uzun müddət ac qaldıqda, hipotireoz (qalxanabənzər vəzinin funksiyasının azalması) zamanı faktorun sintezi zəifləyir. Bu zaman sümüklərin böyüməsi və inkişafı ləngiyir.
Hipofiz adenomaları zamanı isə somatotrop hormonun və IGF-1-n sintezi artır. Bu xəstəlik uşaqlarda giqantizmin, böyüklərdə isə akromeqaliyanın yaranması ilə nəticələnir.
Tədqiqat metodu: Flüoroferment immunanaliz (Fluoroenzyme Immunoassay)
Müayinəsinə göstəriş:
IGF-1 hipofiz vəzinin funksionallığını dəyərləndirmək, sümüklərin böyümə və inkişafında, maddələr mübadiləsində yaranan anormallıqların səbəbini araşdırmaq, bundan əlavə akromeqaliya, giqantizm və karlikliyin müalicəsini izləmək üçün müayinə olunur.
Nümunəni gecə pəhrizindən 8-12 saat sonra səhər acqarnına (su içmək olar) və ya yüngülvari qida qəbulundan 4 saat sonra götürmək daha uyğun hesab olunur.
IGF-1-n miqdarı aşağıdakı hallarda normadan çox olur:
- Akromeqaliya
- Kuşinq sindromu
- Böyrək çatışmazlığı
- Androgen, deksametazon kimi dərman preparatlarının qəbulu
IGF-1-n miqdarı aşağıdakı hallarda normadan az olur:
- Hipofizar karliklik
- Hipopituitarizm
- Hipotireoidizm
- Anoreksiya
- Emosional deprivasiya (tükənmə) sindromu
- Laron karlikliyi; autosom resessiv tipli nadir rast gəlinən genetik xəstəlikdir. Bu zaman somatotropin reseptorlarında mutasiya baş verir və bu hormon periferik hüceyrələrə təsir edə bilmir. Müalicəsi zamanı rekombinant IGF-1-dən istifadə olunur.
- Sirroz və digər hepatosellular xəstəliklər
- Estrogen, tamoksifen kimi dərman preparatlarının qəbulu
IGF-1-n normal dəyəri aşağıdakı kimidir:
Uşaq:
Oğlan:
- 0-3 yaş: 15-129 ng/mL
- 4-6 yaş: 22-208 ng/mL
- 7-9 yaş: 40-255 ng/mL
- 10-11 yaş: 69-316 ng/mL
- 12-13 yaş: 143-506 ng/mL
- 14-15 yaş: 177-507 ng/mL
- 16-18 yaş: 173-414 ng/mL
Qız:
- 0-3 yaş: 18-172 ng/mL
- 4-6 yaş: 35-232 ng/mL
- 7-9 yaş: 57-277 ng/mL
- 10-11 yaş: 118-448 ng/mL
- 12-13 yaş: 170-527 ng/mL
- 14-15 yaş: 191-496 ng/mL
- 16-18 yaş: 190-429 ng/mL
Böyük:
- 19-21 yaş: 117-323 ng/mL
- 22-24 yaş: 99-289 ng/mL
- 25-29 yaş: 84-259 ng/mL
- 30-34 yaş: 71-234 ng/mL
- 35-39 yaş: 63-223 ng/mL
- 40-44 yaş: 58-219 ng/mL
- 45-49 yaş: 53-215 ng/mL
- 50-54 yaş: 48-209 ng/mL
- 55-59 yaş: 45-210 ng/mL
- 60-64 yaş: 43-220 ng/mL
- 65-69 yaş: 40-225 ng/mL
- 70-79 yaş: 35-216 ng/mL
- 80-90 yaş: 31-208 ng/mL
Tədqiqat metodu: Flüoroferment immunanaliz (Fluoroenzyme Immunoassay)
Qeyd: Müayinə metodu və analizin icra olunduğu cihazdan asılı olaraq normal dəyərlər qismən fərqli ola bilər. Nəticəni düzgün qiymətləndirmək üçün bu, nəzərə alınmalıdır.
IGF-1 (Insulin-like Growth Factor-1), digər adı ilə somatomedin-C əsasən qaraciyər və əzələ toxuması tərəfindən sintez olunan insulinə bənzər böyümə faktorudur. Hipofiz vəzinin ön payından sintez olunan somatotrop hormonun (boy hormonu) periferik hüceyrələrdəki əsas mediatorudur. İnsan orqanizmində iki ədəd insulinəbənzər böyümə faktoru mövcuddur:
- IGF-1
- IGF-2
Bioloji aktivliyinə və miqdarına görə IGF-1 üstünlük təşkil edir.
IGF-1 molekulyar çəkisi 7647 Da olan 70 amin turşusundan ibarət kiçik ölçülü polipeptid zənciridir. Amin turşu ardıcıllığına, bioloji aktivliyinə və periferik hüceyrələrdəki anabolik effektinə görə mədəaltı vəzinin sintez etdiyi insulin hormonuna oxşar olur. Sintezinə nəzarət edən IGF1 geni 12-ci autosom xromosomun 12q23.2 lokusunda yerləşir. IGF-1-n plazmada yarımparçalanma müddəti təxminən 10 dəqiqə civarındadır, IGFBP-3-lə (insulin-like growth factor binding protein-3) kompleks əmələ gətirdikdən sonra isə bu müddət 12 saata qədər uzanır. Bu faktor insanın bütün yaşamı boyu sintez olunur. Lakin prepubertat dövründə xüsusilə intensiv olur. Somatotrop hormon və orqanizmin nutrisional (qidalanma) balansı IGF-1-n sintezinə və sekresiyasına nəzarət edir.
Funksiyası:
IGF-1 somatotrop hormonun əsas effektor mediatorudur. Belə ki, somatotrop hormonun təsirilə sintez olunan IGF-1 periferik hüceyrələrdə mitoz prosesini intensivləşdirir. Bu faktor demək olar bütün hüceyrələrin, xüsusilə də skelet əzələsi, qığırdaq, sümük toxuması (əsasən borulu sümüklər), qaraciyər, böyrək, dəri, hematopoetik, ağciyər hüceyrələrinin bölünməsini və böyüməsini stimullaşdırır. İnsulinəbənzər anabolik effektlərdən əlavə IGF-1 DNT-nin sintezini də tənzimləyə bilir. Adı çəkilən faktor hüceyrələrin səthində yerləşən tirozin-kinaza tipli spesifik IGF-1R reseptorlarıyla birləşdikdən sonra öz stimulyator təsirini göstərir.
IGF-1 hüceyrə tsiklinin və apoptozun tənzimlənməsində iştirak edir. Buna görə də son zamanlar bu faktorun kanserogenez prosesindəki rolu intensiv şəkildə araşdırılır.
Kliniki əhəmiyyəti:
Hipofiz vəzinin üzvi patologiyaları, həmçinin funksional çatışmazlığı ilə əlaqədar olaraq somatotrop hormonun sintezi və qana sekresiyası azalır. Nəticədə IGF-1-n də sintezi zəifləyir. Uşaqlarda hipopituitarizm (hipofiz vəzinin funksiyasının zəifləməsi) və IGF-1 sintezinin azalması karlikliyin (cırtdanboyluq) yaranması, böyüklərdə isə maddələr mübadiləsinin zəifləməsi ilə nəticələnir. Bundan başqa IGF-1 sintez edən hüceyrələrin səthində yerləşən spesifik somatotropin reseptorlarının mutasiyası və zədələnməsi zamanı hüceyrələrin eyni adlı hormonun təsirinə qarşı həssaslığı azalır, nəticədə IGF-1-n sintezi zəifləyir. Laron karlikliyi bunun ən bariz nümunəsidir.
Laron karlikliyi- nadir rast gəlinən autosom-resessiv tipli genetik xəstəlikdir. Periferik hüceyrələrin səthində yerləşən somatotropin reseptorlarında mutasiya baş verir. Nəticədə somatotrop hormonun miqdarı normal olsa belə IGF-1 sintez oluna bilmir, uşaqlarda böyümə ləngiyir və karliklik yaranır. Müalicəsi zamanı rekombinant IGF-1-dən istifadə olunur.
Hipofiz vəzinin adenoması zamanı somatotrop hormonun sintezi və qana sekresiyası artır. Nəticədə periferik hüceyrələr (əsasən hepatositlər) tərəfindən IGF-1-n sintezi artır, sümüklərin uzununa böyüməsi aktivləşir, maddələr mübadiləsi intensivləşir. Hipofiz adenoması uşaqlarda giqantizmin, böyüklərdə isə akromeqaliyanın yaranması ilə nəticələnir.
Diaqnostik əhəmiyyəti:
Somatotrop hormondan fərqli olaraq IGF-1-n gün ərzində sintezi və sekresiyası daha az variasiya edir. Buna görə də somatotrop hormonun sintezini, hipofiz vəzinin funksionallığını dəyərləndirmək, akromeqaliya, giqantizm, karliklik kimi patologiyalara diaqnoz qoymaq və bu xəstəliklərin müalicəsinə nəzarət etmək üçün IGF-1-n müayinəsi daha informativ hesab olunur.
Nümunəni gecə pəhrizindən 8-12 saat sonra səhər acqarnına (su içmək olar) və ya yüngülvari qida qəbulundan 4 saat sonra götürmək daha uyğun hesab olunur.
IGF-1-n miqdarı aşağıdakı hallarda normadan çox olur:
- Akromeqaliya
- Kuşinq sindromu
- Böyrək çatışmazlığı
- Androgen, deksametazon kimi dərman preparatlarının qəbulu
IGF-1-n miqdarı aşağıdakı hallarda normadan az olur:
- Hipofizar karliklik
- Hipopituitarizm
- Hipotireoidizm
- Anoreksiya
- Emosional deprivasiya (tükənmə) sindromu
- Laron karlikliyi; autosom resessiv tipli nadir rast gəlinən genetik xəstəlikdir. Bu zaman somatotropin reseptorlarında mutasiya baş verir və bu hormon periferik hüceyrələrə təsir edə bilmir. Müalicəsi zamanı rekombinant IGF-1-dən istifadə olunur.
- Sirroz və digər hepatosellular xəstəliklər
- Estrogen, tamoksifen kimi dərman preparatlarının qəbulu
IGF-1-n normal dəyəri aşağıdakı kimidir:
Uşaq:
Oğlan:
- 0-3 yaş: 15-129 ng/mL
- 4-6 yaş: 22-208 ng/mL
- 7-9 yaş: 40-255 ng/mL
- 10-11 yaş: 69-316 ng/mL
- 12-13 yaş: 143-506 ng/mL
- 14-15 yaş: 177-507 ng/mL
- 16-18 yaş: 173-414 ng/mL
Qız:
- 0-3 yaş: 18-172 ng/mL
- 4-6 yaş: 35-232 ng/mL
- 7-9 yaş: 57-277 ng/mL
- 10-11 yaş: 118-448 ng/mL
- 12-13 yaş: 170-527 ng/mL
- 14-15 yaş: 191-496 ng/mL
- 16-18 yaş: 190-429 ng/mL
Böyük:
- 19-21 yaş: 117-323 ng/mL
- 22-24 yaş: 99-289 ng/mL
- 25-29 yaş: 84-259 ng/mL
- 30-34 yaş: 71-234 ng/mL
- 35-39 yaş: 63-223 ng/mL
- 40-44 yaş: 58-219 ng/mL
- 45-49 yaş: 53-215 ng/mL
- 50-54 yaş: 48-209 ng/mL
- 55-59 yaş: 45-210 ng/mL
- 60-64 yaş: 43-220 ng/mL
- 65-69 yaş: 40-225 ng/mL
- 70-79 yaş: 35-216 ng/mL
- 80-90 yaş: 31-208 ng/mL
Tədqiqat metodu: Flüoroferment immunanaliz (Fluoroenzyme Immunoassay)
Qeyd: Müayinə metodu və analizin icra olunduğu cihazdan asılı olaraq normal dəyərlər qismən fərqli ola bilər. Nəticəni düzgün qiymətləndirmək üçün bu, nəzərə alınmalıdır.
Nümunə: qan zərdabı
Nümunə həcmi: 1,0 mL
Minimal həcm: 0,5 mL (bu həcmlə müayinəni təkrar aparmaq mümkün deyil)
Konteyner: qırmızı/sarı qapaqlı birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastik sınaq şüşəsi (gelsiz sınaq şüşələrinə üstünlük verilir).
Nümunə götürüldükdən sonra qan laxtalanan kimi zərdab hissə formalı elementlərdən ayrılmalıdır və analiz başqa laboratoriyaya daşınacaqsa ependorfa tökülərək 2-8 ̊C temperaturda saxlanılmalıdır.
Alternativ nümunə: plazma
- Natrium heparin tərkibli (yaşıl qapaqlı sınaq şüşəsi)
- Litium heparin tərkibli (yaşıl qapaqlı sınaq şüşəsi)
Saxlanma şəraiti:
- Soyuducuda (2-8 ̊C) 24 saat
- Dondurucuda (-25 ̊C) 12 ay
Nümunənin daşınma temperaturu:
- 2-8 ̊C temperaturda (buz paketləri olan konteynerdə)
Nümunənin rədd edilməsi:
- Nümunə qabının səhv işarələnməsi
- Bariz hemoliz
- Bariz lipemiya
- EDTA-lı plazma
IGF-1-n normal dəyəri aşağıdakı kimidir:
Uşaq:
Oğlan:
- 0-3 yaş: 15-129 ng/mL
- 4-6 yaş: 22-208 ng/mL
- 7-9 yaş: 40-255 ng/mL
- 10-11 yaş: 69-316 ng/mL
- 12-13 yaş: 143-506 ng/mL
- 14-15 yaş: 177-507 ng/mL
- 16-18 yaş: 173-414 ng/mL
Qız:
- 0-3 yaş: 18-172 ng/mL
- 4-6 yaş: 35-232 ng/mL
- 7-9 yaş: 57-277 ng/mL
- 10-11 yaş: 118-448 ng/mL
- 12-13 yaş: 170-527 ng/mL
- 14-15 yaş: 191-496 ng/mL
- 16-18 yaş: 190-429 ng/mL
Böyük:
- 19-21 yaş: 117-323 ng/mL
- 22-24 yaş: 99-289 ng/mL
- 25-29 yaş: 84-259 ng/mL
- 30-34 yaş: 71-234 ng/mL
- 35-39 yaş: 63-223 ng/mL
- 40-44 yaş: 58-219 ng/mL
- 45-49 yaş: 53-215 ng/mL
- 50-54 yaş: 48-209 ng/mL
- 55-59 yaş: 45-210 ng/mL
- 60-64 yaş: 43-220 ng/mL
- 65-69 yaş: 40-225 ng/mL
- 70-79 yaş: 35-216 ng/mL
- 80-90 yaş: 31-208 ng/mL
Tədqiqat metodu: Flüoroferment immunanaliz (Fluoroenzyme Immunoassay)
Qeyd: Müayinə metodu və analizin icra olunduğu cihazdan asılı olaraq normal dəyərlər qismən fərqli ola bilər. Nəticəni düzgün qiymətləndirmək üçün bu, nəzərə alınmalıdır.
Müayinə müddəti
Qiymət

