




TSH reseptorlarına qarşı anticisimlər (Anti-TSHR)
Anti-TSHR (tiroid stimullaşdırıcı hormon reseptoru) qalxanabənzər (tiroid) vəzi hüceyrələrindəki tireotrop hormon reseptorlarına qarşı yaranan autoimmun anticisimlərdir. Vəzinin funksiyasına təsirinə görə bu anticisimlər stimulyator və ya blokator ola bilər. Stimulyator anti-TSHR tiroid vəzinin funksiyasını bir neçə dəfə artırır, T3 (triyodtrionin), T4 (troksin) sintezini intensivləşdirir, nəticədə hipertireoz və diffuz toksiki zob (Qreyvs xəstəliyi) yaranır. Blokator anti-TSHR isə tireotrop hormonun aktivator təsirini blokada edir, nəticədə hipotireoz və tiroid vəzinin atrofiyası yaranır.
Tədqiqat metodu: Electrochemiluminescence Immunoassay
Müayinəsinə göstəriş:
Anti-TSHR autoimmun tireoiditin, Qreyvs xəstəliyinin differensial diaqnozu və bu xəstəliklərin müalicəsinin monitorinqi (izlənilməsi) üçün müayinə olunur.
Nümunəni qida qəbulundan 4 saat sonra götürmək arzu olunandır, lakin mütləq deyil. Analiz verməzdən 12 saat əvvəl multivitamin və biotin (vitamin B7) tərkibli preparatların istifadəsi dayandırılmalıdır.
Anti-TSHR-n nəticəsi aşağıdakı hallarda normadan çox olur:
- Qreyvs xəstəliyi (diffuz toksiki zob)
- Autoimmun tireoidit
Anti-TSHR-n nəticəsi aşağıdakı hallarda norma hüdudunda qalır:
- Qalxanabənzər vəzidə autoimmun patologiya olmadıqda
- Autoimmun xəstəliklərin (tiroid vəzinin) müalicəsi zamanı
- Müayinə materialı (qan zərdabı) düzgün götürülmədikdə və ya saxlanılmadıqda
- Tireotoksik preparatların qəbulu zamanı
Anti-TSHR ≤ 1,75 IU/L
Tədqiqat metodu: Electrochemiluminescence Immunoassay
Qeyd: Müayinə metodu və analizin icra olunduğu cihazdan asılı olaraq normal dəyər qismən fərqli ola bilər. Nəticəni düzgün qiymətləndirmək üçün bu, nəzərə alınmalıdır.
Anti-TSHR (tiroid stimullaşdırıcı hormon reseptoru) qalxanabənzər (tiroid) vəzi hüceyrələrinin səthində yerləşən tiroid stimullaşdırıcı hormon (TSH) reseptorlarına qarşı sintez olunan heterogen qrup autoanticisimlərdir. Qalxanabənzər vəzə göstərdikləri təsirə görə bu anticisimlər aktivator, blokator və ya neytral ola bilər. Aktivator və blokator anticisimlər reseptorların konformasional epitopları ilə, neytral anticisimlər isə linear (xətti) epitopları ilə birləşir.
Anti-TSHR əsasən IgG sinfinə aid autoanticisimlərdir. Buna görə də plasentar baryerdən asanlıqla keçərək anadan dölə ötürülür.
Klinik və diaqnostik əhəmiyyəti:
Anti-TSHR-n konsentrasiyası əsasən Qreyvs xəstəliyi və autoimmun tireoidit zamanı yüksək olur. Bu autoanticisimlərin aktivator təsiri nəticəsində tiroid vəzinin funksiyası, T3 (triyodtironin) və T4 (tiroksin) hormonlarının sintezi bir neçə dəfə artır. Nəticədə pasientdə hipertireoz və diffuz toksiki zob yaranır. Ümumiyyətlə, anti-TSHR Qreyvs xəstəliyinin laborator markeridir və hipertireoz sindromunun differensial diaqnozu üçün ən çox müayinə olunan parametrlərdən biridir. Qreyvs xəstəliyindən əziyyət çəkən pasientlərin 85-100%-də aktivator anti-TSHR aşkarlanır və diaqnostik kriteriya hesab olunur. Bu anticisimlərin konsentrasiyası xəstəliyin aktivlik dərəcəsini göstərir. Autoimmun hipertireozun atipik kliniki formalarında (zəif palpasiya olunan zob, eutireoz fonunda oftalmopatiya, birtərəfli oftalmopatiya) bu testin əhəmiyyəti xüsusilə yüksəkdir. Antitireoid preparatlarla müalicə zamanı anti-TSHR anticisimlərin konsentrasiyası azalır və bu vəziyyət müalicənin effektiv olduğunu göstərir.
Qreyvs diaqnozu qoyulmuş pasientlərin təxminən 75-96%-də blokator anti-TSHR aşkarlanır, lakin anticisimlərin bu forması xəstəliyin gedişatında xüsusi əhəmiyyət daşımır. Haşimoto diaqnozu qoyulmuş pasientlərin isə təxminən 10-15%-də blokator anti-TSHR aşkarlanır və bu anticisimlər TSH reseptorları ilə birləşərək tiroid stimullaşdırıcı hormonun bu reseptorlarla birləşməsini blokada edir.
Toksik düyünlü zob, qranulematoz tireoidit və ekzogen tiroksin yeridilməsi nəticəsində yaranan hipertireoz üçün anti-TSHR miqdarının artması xarakterik deyil.
Anamnezində Qreyvs xəstəliyinə görə cərrahi və ya radioaktiv yodla müalicə aldığı göstərilən, həmçinin hamiləlik vaxtı tireostatik preparatlarla müalicə alan qadınlarda anti-TSHR miqdarının təyini vacibdir. Çünki bu autoanticisimlər anadan dölə keçərək yenidoğulmuş körpələrdə tranzitor hipertireoza səbəb ola bilir. Ümumiyyətlə, hamiləlik zamanı radionuklid sinsitoqrafiya dölə teratogen təsir göstərdiyindən belə qadınlarda mövcud olan Qreyvs xəstəliyinə diaqnoz qoymaq üçün ən informativ metod anti-TSHR-n titrinin təyinidir.
Bəzən autoimmun tireoidit və Qreyvs xəstəliyi qırmızı qurdeşənəyi, pernisioz anemiya, revmatoid artrit kimi sistem xəstəliklərlə birgə mövcud olur. Buna görə də anti-TSHR miqdarı yüksək olan pasientlərdə bu patologiyaları istisna edən əlavə laborator testlər müayinə olunmalıdır.
Nümunəni qida qəbulundan 4 saat sonra götürmək arzu olunandır, lakin mütləq deyil. Analiz verməzdən 12 saat əvvəl multivitamin və biotin (vitamin B7) tərkibli preparatların istifadəsi dayandırılmalıdır.
Anti-TSHR-n nəticəsi aşağıdakı hallarda normadan çox olur:
- Qreyvs xəstəliyi (diffuz toksiki zob)
- Autoimmun tireoidit
Anti-TSHR-n nəticəsi aşağıdakı hallarda norma hüdudunda qalır:
- Qalxanabənzər vəzidə autoimmun patologiya olmadıqda
- Autoimmun xəstəliklərin (tiroid vəzinin) müalicəsi zamanı
- Müayinə materialı (qan zərdabı) düzgün götürülmədikdə və ya saxlanılmadıqda
- Tireotoksik preparatların qəbulu zamanı
Anti-TSHR ≤ 1,75 IU/L
Tədqiqat metodu: Electrochemiluminescence Immunoassay
Qeyd: Müayinə metodu və analizin icra olunduğu cihazdan asılı olaraq normal dəyər qismən fərqli ola bilər. Nəticəni düzgün qiymətləndirmək üçün bu, nəzərə alınmalıdır.
Nümunə: qan zərdabı
Nümunə həcmi: 1,0 mL
Minimal həcm: 0,5 mL (bu həcmlə müayinəni təkrar aparmaq mümkün deyil)
Konteyner: qırmızı/sarı qapaqlı birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastik sınaq şüşəsi (gelsiz sınaq şüşələrinə üstünlük verilir).
Nümunə götürüldükdən sonra qısa müddət ərzində zərdab hissə formalı elementlərdən ayrılaraq başqa bir plastik qaba (ependorfa) tökülməlidir. Analiz başqa laboratoriyaya göndəriləcəksə soyuducuda (2-8 ̊C) saxlanılmalıdır.
Saxlanma şəraiti:
- Soyuducuda (2-8 ̊C) (üstünlük verilir) 3 gün
- Dondurucuda (< -20 ̊C) 30 gün
Nümunənin daşınma temperaturu:
- 2-8 ̊C temperaturda (buz paketlər olan konteynerdə)
Nümunənin rədd edilməsi:
- Nümunə qabının səhv işarələnməsi
- Bariz hemoliz
- Bariz lipemiya
- Sitratlı və heparinli plazma
Anti-TSHR ≤ 1,75 IU/L
Tədqiqat metodu: Electrochemiluminescence Immunoassay
Qeyd: Müayinə metodu və analizin icra olunduğu cihazdan asılı olaraq normal dəyər qismən fərqli ola bilər. Nəticəni düzgün qiymətləndirmək üçün bu, nəzərə alınmalıdır.
Müayinə müddəti
Qiymət

