




TNF-α
TNF-α (tumor necrosis factor- şiş nekrozlaşdırıcı faktor) molekulyar çəkisi 17400 kDa olan qlikoproteindir. Əsasən monositlər, aktivləşmiş makrofaqlar, qismən də periferik qanın qranulyar hüceyrələri (neytrofil, eozinofil), sitotoksik T limforistlər və NK (natural killer- təbii killer) hüceyrələr tərəfindən sintez olunur. Sintezi və sekresiyası viruslar, bakteriyalar və onların mübadilə məhsulları (məs. qrammənfi bakteriyaların lipopolisaxaridləri), interleykin, interferon vasitəsilə stimullaşır.
TNF-α şiş hüceyrələrinə və virusla yoluxmuş hüceyrələrə sitotoksiki təsir göstərir, qranulositləri, makrofaqları, hepatositləri aktivləşdirir. Kəskin faza zülallarının, iltihab əleyhinə təsir göstərən sitokinlərin sintezini intensivləşdirir. Bundan başqa neytrofillərin, limfositlərin proliferasiyasını və differensiasiyasını, həmçinin iltihab ocağına miqrasiyasını stimullaşdırır.
Kəskin infeksiyalar, sepsis, onkoloji patologiyalar, allergik və autoimmun xəstəliklər, yanıqlar zamanı qan zərdabında TNF-α-nın miqdarı normadan yüksək olur. İmmun sistemin çatışmazlığı zamanı isə bu zülalın miqdarı azalır.
Tədqiqat metodu: İmmunoferment analiz (ELISA)
Müayinəsinə göstəriş:
TNF-α ağır gedişatlı infeksiyalar, allergik və autoimmun xəstəliklər, ağır mexaniki travmalar, yanıqlar, onkoloji xəstəliklər, xüsusilə də sepsis zamanı immun sistemin vəziyyətini dəyərləndirmək üçün müayinə olunur.
Xüsusi hazırlıq tələb olunmur.
Aşağıdakı hallarda TNF-α-nın konsentrasiyası normadan çox olur:
- Kəskin infeksion xəstəliklər
- Sepsis (əsasən qrammənfi) və septik şok
- Allergik və autoimmun xəstəliklər
- Yanıqlar
- Transplantatın qopması
- Onkoloji xəstəliklər
Aşağıdakı hallarda TNF-α-nın konsentrasiyası normadan az olur:
- İmmunodefisit halları
- Ağır gedişatlı və uzun sürən infeksiyalar
TNF-α-nın normal dəyəri aşağıdakı kimidir:
- 4,6-12,4 pg/ml
Tədqiqat metodu: İmmunoferment analiz (ELISA)
Qeyd: Müayinə metodu və analizin icra olunduğu cihazdan asılı olaraq normal dəyər qismən fərqli ola bilər. Nəticəni düzgün qiymətləndirmək üçün bu nəzərə alınmalıdır.
TNF-α (tumor necrosis factor-şiş nekrozlaşdırıcı faktor), digər adı ilə kaxektin qeyri-spesifik immunitetin yaranmasında iştirak edən qlikoproteindir. Həmçinin iltihabi reaksiyalarda kəskin faza zülalı kimi iştirak edən vacib sitokinlərdən biridir.
Sintezi:
Əsasən aktivləşmiş makrofaqlar və monositlər tərəfindən sintez olunur. Lakin CD 4+ limfositlər, NK hüceyrələr, neytrofillər, tosqun hüceyrələr, saya əzələ hüceyrələri, eozinofillər, neyronlar da TNF-α sintez edə bilər. Bu sitokinin sintezinə nəzarət edən 4 ekzondan ibarət TNFA geni 6-cı autosom xromosomun 6p21.33 lokusunda yerləşir.
İlkin olaraq bu hüceyrələrin səthində TNF-α-nın 233 amin turşu ardıcıllığından ibarət həll olan forması sintez olunur. Bu forma II tip membran zülalı adlanır və molekulyar çəkisi 28 kDa civarında olur. Mühitdəki metalloproteazaların təsirindən membrana bağlı zülal molekulu ayrılır və parçalanmış subvahidlər polimerləşərək TNF-α-nın homotrimer formasını əmələ gətirirlər. Sitokinin bu forması (sekretor forma) 17 kDa molekulyar çəkiyə malik qlikozilləşməmiş zülaldır.
TNF-α-nın hər iki forması bioloji aktiv olur.
Virus və bakteriyalar, onların mübadilə məhsulları (qrammənfi bakteriyalarda lipopolisaxaridlər), interleykin-1, interferon TNF-α-nın sekresiyasını stimullaşdırır.
Funksiyası:
TNF-α sitokini bir çox hüceyrələrin səthində yerləşən TNFR1 və əsasən immun hüceyrələrin səthində yerləşən TNFR2 reseptorları ilə birləşərək öz təsirini göstərir.
TNF-α-nın əsas bioloji təsirlərini sitotoksik, immunomodulyator, stimulyator olmaqla üç qrupda klassifikasiya etmək mümkündür:
- Sitotoksik: şiş hüceyrələrinin hemorragik nekrozunu, həmçinin virusla yoluxmuş hüceyrələrin destruksiyasını intensivləşdirir.
- İmmunomodulyator: qranulositlərin və makrofaqların funksionallığını, hepatositlər tərəfindən kəskin faza zülallarının sintezini artırır, iltihab əleyhinə təsir göstərən digər sitokinlərin sintezini aktivləşdirir.
- Stimulyator: neytrofillərin, limfositlərin (T və B) proliferasiyasını və differensiasiyasını, həmçinin onların sümük iliyindən periferik qana, iltihab ocağına miqrasiyasını stimullaşdırır.
TNF-α-nın bioloji aktivliyi onun konsentrasiyasından asılı olur. Belə ki, aşağı konsentrasiyada o, sintez olunduğu yerdə təsir göstərir və lokal iltihabi prosesləri aktivləşdirir. Yüksək konsentrasiyada isə sitokinlərin hiperaktivasiyasına və nəticədə orqanizmin iltihabi reaksiyalar üzərindəki nəzarətinin itirilməsinə gətirib çıxara bilər.
Klinik əhəmiyyəti:
TNF-α bir sıra kritik halların yaranmasında vacib rol oynayır. İltihabi reaksiyaların və sepsisin erkən fazasında (bakterial endotoksinlərin təsiri ilə) qanda bu sitokinin konsentrasiyası artır. Son zamanlar hesab olunur ki, ağır infeksiyalar və sepsis zamanı qanda TNF-α-nın miqdarının artması septik şokun yaranmasına gətirib çıxarır. Bu zaman adı çəkilən sitokinin neytrallaşdırılması ölüm riskini azaldır.
TNF-α onkoloji və ağır gedişatlı infeksion xəstəliklərdə metabolizmi sürətləndirərək kaxeksiya yaradır. Bundan başqa bir sıra autoimmun xəstəliklərin, əsasən də revmatoid artritin patogenezində, transplantantın qopma reaksiyasında iştirak edir. Transplantasiyadan sonra qanda bu sitokinin miqdarını müayinə etməklə transplant orqan və ya toxumanın qopma ehtimalını əvvəlcədən proqnozlaşdırmaq mümkündür.
Parazitar infeksiyaların erkən mərhələsində TNF-α qoruyucu funksiya icra edir, lakin bu sitokinin konsentrasiyası artdıqda xəstəlik ağır fəsadlarla (məs: malyariyanın serebral forması-ensefalopatiya) nəticələnə bilər.
İnfeksion və autoimmun xəstəliklər, onkoloji patologiyalar, yanıqlar, ağır mexaniki travmalar, sepsis zamanı immun sistemin vəziyyətini dəyərləndirmək üçün TNF-α-nın müayinəsi vacib əhəmiyyət daşıyır. İmmun sistemin digər parametrlərinin təyini bu sitokinin diaqnostik əhəmiyyətini artırır.
Xüsusi hazırlıq tələb olunmur.
Aşağıdakı hallarda TNF-α-nın konsentrasiyası normadan çox olur:
- Kəskin infeksion xəstəliklər
- Sepsis (əsasən qrammənfi) və septik şok
- Allergik və autoimmun xəstəliklər
- Yanıqlar
- Transplantatın qopması
- Onkoloji xəstəliklər
Aşağıdakı hallarda TNF-α-nın konsentrasiyası normadan az olur:
- İmmunodefisit halları
- Ağır gedişatlı və uzun sürən infeksiyalar
TNF-α-nın normal dəyəri aşağıdakı kimidir:
- 4,6-12,4 pg/ml
Tədqiqat metodu: İmmunoferment analiz (ELISA)
Qeyd: Müayinə metodu və analizin icra olunduğu cihazdan asılı olaraq normal dəyər qismən fərqli ola bilər. Nəticəni düzgün qiymətləndirmək üçün bu nəzərə alınmalıdır.
Nümunə: qan zərdabı
Nümunə həcmi: 1,0 mL
Minimal həcm: 0,5 mL (bu həcmlə müayinəni təkrar aparmaq mümkün deyil)
Konteyner: qırmızı/sarı qapaqlı birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastik sınaq şüşəsi (gelsiz sınaq şüşələrinə üstünlük verilir).
Analiz götürüldükdən sonra qan laxtalanan kimi zərdab hissə formalı elementlərdən ayrılmalıdır və nümunə başqa laboratoriyaya göndəriləcəksə dondurulmalıdır.
Saxlanma şəraiti:
- Otaq temperaturunda (15-25 ̊C) stabil deyil
- Soyuducuda (2-8 ̊C) (üstünlük verilir) stabil deyil
- Dondurucuda (< -20 ̊C) 2 ay
- Dondurucuda (< -70 ̊C) 12 ay
Nümunənin daşınma temperaturu:
- Dondurulmuş
Nümunənin rədd edilməsi:
- Nümunə qabının səhv işarələnməsi
- Bariz hemoliz
- Bariz lipemiya
- Bariz ikteriya
TNF-α-nın normal dəyəri aşağıdakı kimidir:
- 4,6-12,4 pg/ml
Tədqiqat metodu: İmmunoferment analiz (ELISA)
Qeyd: Müayinə metodu və analizin icra olunduğu cihazdan asılı olaraq normal dəyər qismən fərqli ola bilər. Nəticəni düzgün qiymətləndirmək üçün bu nəzərə alınmalıdır.
Müayinə müddəti
Qiymət

