




Pankreatik elastaza 1
Elastaza 1 birləşdirici toxumanın tərkibindəki elastini parçalayan proteolitik fermentdir. Mədəaltı vəzi tərəfindən proelastaza şəklində sintez edilir və 12 barmaq bağırsağa sekresiya olunur. Burada tripsinin təsirilə elastazaya çevrilir. Bu ferment bağırsaqlarda parçalanmır və nəcisdə tədqiq olunan Elastaza 1 mədəaltı vəzinin ekzokrin funksiyasının əsas göstəricisi hesab olunur. Xroniki pankreatit, mədəaltı vəzinin bədxassəli şişi, kistik fibroz (ağciyər, mədəaltı vəzi, qaraciyər, bağırsaq toxumasının zədələnməsi ilə nəticələnən genetik xəstəlikdir) zamanı nəcisdə Elastaza 1 fermentinin miqdarı azalır.
Tədqiqat metodu: İmmunoferment analiz (ELİSA)
Müayinəsinə göstəriş:
Nəcisdə Pankreatik elastaza 1 fermenti əsasən mədəaltı vəzinin ekzokrin fəaliyyətini (ferment sintezetmə) tədqiq etmək, dəyərləndirmək və bu vəzinin funksional defisiti ilə nəticələnən xəstəlikləri təyin etmək üçün müayinə olunur.
Xüsusi hazırlıq tələb olunmur.
Pankreatik funksiyanın normal olması: > 200 μg elastaza/g (nəcis materialı)
Orta dərəcəli pankreatik çatışmazlıq: 100−200 μg elastaza/g (nəcis materialı)
Ağır dərəcəli pankreatik çatışmazlıq: < 100 μg elastaza/g (nəcis materialı)
Pankreatik elastaza 1 normal dəyəri aşağıdakı kimidir:
- > 200 μg/g
Tədqiqat metodu: İmmunoferment analiz (ELİSA)
Qeyd: Müayinə metodu və analizin icra olunduğu cihazdan asılı olaraq normal dəyər qismən fərqli ola bilər. Nəticəni düzgün qiymətləndirmək üçün bu, nəzərə alınmalıdır.
Pankreatik elastaza 1 mədəaltı vəzinin ekzokrin toxumasındakı asinar hüceyrələr tərəfindən sintez olunan proteolitik fermentdir. Birləşdirici toxumanın tərkibindəki elastin zülalını parçalayır. Bu ferment ilk növbədə inaktiv proelastaza şəklində sintez edilir və 12 barmaq bağırsağa sekresiya olunur. Burada tripsinin təsirilə aktiv ferment olan elastinə çevrilir. Proelastazanın sintezinə nəzarət edən CELA1 geni 12-ci autosom xromosomun 12q13 lokusunda yerləşir.
Strukturu:
Pankreatik elastaza 1 serin qrup endopeptidazalara aid fermentdir. Tərkibindəki serin amin turşusu fermentin aktiv mərkəzini təmin edir. Molekulyar tərkibi hidrofob özəkdən və ona birləşmiş 3 (üç) peptiddən ibarət qlobulyar zülaldan təşkil olunmuşdur. Hər subvahid özünə bir ədəd kalsium ionu birləşdirir və bu ion fermentin kofaktoru kimi fəaliyyyət göstərir.
Klinik və diaqnostik əhəmiyyəti:
Həzm traktında Pankreatik elastaza 1 fermentativ parçalanmaya məruz qalmır və nəcisin tərkibində orqanizmdən xaric olur. Bu xüsusiyyətinə görə fekal (nəcisdə təyin olunan) elastaza 1 mədəaltı vəzinin ekzokrin funksiyasını əks etdirən ideal göstərici və qızıl standard hesab olunur. Mədəaltı vəzinin ekzokrin funksiyası (ferment sintezetmə funksiyası) pozulduqda fekal elastaza 1-n miqdarı azalır. Bu hal ekzokrin pankreatik çatışmazlıq adlanır. Mədəaltı vəzinin ekzokrin axarlarındakı asinar hüceyrələr destruksiya olduqda, yaxud bu axarlar tutulduqda ekzokrin pankreatik çatışmazlıq yaranır. Nəticədə bağırsaq mənfəzində müxtəlif qida maddələrinin həzmi pozulur. Əsas səbəbləri xroniki pankreatit, mədəaltı vəzinin karsinoması, kistik fibroz (ağciyər, mədəaltı vəzi, qaraciyər, bağırsaq toxumasının zədələnməsi ilə nəticələnən genetik xəstəlikdir), Shwachman-Diamond Sindromu (ekzokrin pankreatik çatışmazlıq, sümük iliyinin disfunksiyası və skelet anomaliyaları ilə xarakterizə olunan, nadir rast gəlinən genetik xəstəlikdir) kimi patologiyalar ola bilər.
Mədəaltı vəzi çatışmazlığı zamanı Pankreatik elastaza 1 testinin spesifikliyi və həssaslığı təxminən 93%-dir.
Xüsusi hazırlıq tələb olunmur.
Pankreatik funksiyanın normal olması: > 200 μg elastaza/g (nəcis materialı)
Orta dərəcəli pankreatik çatışmazlıq: 100−200 μg elastaza/g (nəcis materialı)
Ağır dərəcəli pankreatik çatışmazlıq: < 100 μg elastaza/g (nəcis materialı)
Pankreatik elastaza 1 normal dəyəri aşağıdakı kimidir:
- > 200 μg/g
Tədqiqat metodu: İmmunoferment analiz (ELİSA)
Qeyd: Müayinə metodu və analizin icra olunduğu cihazdan asılı olaraq normal dəyər qismən fərqli ola bilər. Nəticəni düzgün qiymətləndirmək üçün bu, nəzərə alınmalıdır.
Nümunə: formalaşmış nativ nəcis
Nümunə miqdarı: 2,0 g
Minimal miqdar: 1,0 g
Duru nəcisin tərkibində elastaza 1 fermentinin miqdarı az olduğuna görə belə nümunə analiz üçün yararlı hesab olunmur!
Konteyner: bir dəfəlik istifadə üçün nəzərdə tutulmuş plastik steril qab (nativ nəcis üçün), yaxud içərisində ekstraksiyaedici bufer olan xüsusi nəcis qabı (nəcis ekstraktı üçün).
Saxlanma şəraiti:
Nativ nəcis:
- Otaq temperaturunda (15-25 ̊C) 3 gün
- Soyuducuda (4-8 ̊C) 7 gün
- Dondurulmuş (< -20 ̊C) 12 ay
Nəcis ekstraktı (durulaşmamış halda):
- Soyuducuda (4-8 ̊C) 1 gün
- Dondurulmuş (< -20 ̊C) 12 ay
Nümunənin daşınma temperaturu:
- Otaq temperaturunda
Nümunənin rədd edilməsi:
- Sidik qarışmış nümunə
- Konservant qarışmış nümunə
- Nümunənin konteynerin kənarına yayılması
- Bez, mələfədə gətirilmiş nümunələr (bu zaman nəcis miqdarı müayinə üçün yetərli olmur)
Nümunənin götürülmə qaydası:
- Nümunə təbii defekasiya yoluyla ifraz olunmuş nəcis olmalıdır.
- Təzə material müayinə olunmalıdır.
- Təkrari müayinələr aparılacaqsa öncədən qablara ayrılmalıdır.
- Nümunə hər hansı bez və ya mələfədən götürülə bilməz.
Pankreatik elastaza 1 normal dəyəri aşağıdakı kimidir:
- > 200 μg/g
Tədqiqat metodu: İmmunoferment analiz (ELİSA)
Qeyd: Müayinə metodu və analizin icra olunduğu cihazdan asılı olaraq normal dəyər qismən fərqli ola bilər. Nəticəni düzgün qiymətləndirmək üçün bu, nəzərə alınmalıdır.
Müayinə müddəti
Qiymət

