




Laktoferrin
Laktoferrin bağırsaq divarının selikli qişasında, süd, ağız suyu, göz yaşı, burun sekretinin tərkibində mövcud olan zülaldır. Əsasən neytrofillər tərəfindən sintez olunur və qeyri-spesifik immunitetin yaranmasında iştirak edir. Nəcisdə bu zülalın aşkarlanması bağırsaq divarının iltihabını göstərir. Qeyri-spesifik xoralı kolit, Kron xəstəliyi, bağırsaqların bakterial və parazitar infeksiyaları zamanı fekal laktoferrinin miqdarı artır.
Tədqiqat metodu: İmmunoferment analiz (ELİSA)
Müayinəsinə göstəriş:
Fekal laktoferrin bağırsaqların autoimmun iltihabi xəstəliklərini (qeyri-spesifik xoralı kolit, Kron xəstəliyi), bakterial infeksiyalarını tədqiq etmək və mədə-bağırsaq sisteminin funksional patologiyası olan qıcıqlanmış bağırsaq sindromundan (irritable bowel syndrom- IBS) fərqləndirmək üçün müayinə olunur.
Xüsusi hazırlıq tələb olunmur.
Laktoferrinin miqdarı aşağıdakı hallarda normadan çox olur:
- Mədə-bağırsaq traktının bakterial infeksiyaları
- Kron xəstəliyi
- Qeyri-spesifik xoralı kolit
- Parazitar infeksiyalar
- Yoğun bağırsaq xərçəngi
Laktoferrin normal dəyəri aşağıdakı kimidir:
- < 7,25 μg/g
Tədqiqat metodu: İmmunoferment analiz (ELİSA)
Qeyd: Müayinə metodu və analizin icra olunduğu cihazdan asılı olaraq normal dəyər qismən fərqli ola bilər. Nəticəni düzgün qiymətləndirmək üçün bu, nəzərə alınmalıdır.
Laktoferrin (digər adı ilə Laktotransferrin) transferrin ailəsinə aid olan çoxfunksiyalı zülaldır. Bu zülal neytrofillərin ikincili qranulalarında, südün, göz yaşının, ağız suyunun, burun sekretinin tərkibində mövcud olur.
Strukturu:
Laktoferrin 76-80 kDa molekulyar çəkiyə malik qlobulyar qlikoproteindir. Zülalın struktur tərkibi dəmir ionundan və 700 amin turşusundan təşkil olunmuş polipeptid zəncirindən ibarətdir. Polipeptid zənciri N və C payları adlanan iki homoloji (oxşar) qlobulyar nahiyyə əmələ gətirir. Bu payların hər birində dəmir ionlarının birləşməsi və zülalın qlikozilləşməsi üçün spesifik sahələr mövcuddur. Zülalın qlikozilləşmə dərəcəsi fərqli olduğu üçün molekulyar çəkisi 76-80 kDa arasında variasiya edir. Qlikozilləşmə dərəcəsi yüksək olduqda laktoferrin molekulu daha stabil olur. Zülalın sintezinə nəzarət edən LTF geni 3-cü autosom xromosomun 3p21.31 lokusunda yerləşir.
Hər laktoferrin molekulu iki ədəd dəmir ionu ilə qırmızı rəngli kompleks əmələ gətirir. Bu zülalın dəmir ionlarına qarşı affinliyi transferrindən təxminən 300 dəfə güclüdür. Mühitin turşuluğu artdıqda laktoferrinin dəmirə qarşı affinliyi daha da güclənir. İltihab zamanı laktat turşusunun toplanması mühitin pH-ı azaldır. Nəticədə transferrinin tərkibindəki dəmir ionları laktoferrinin tərkibinə keçir. Adı çəkilən zülal dəmir ionlarından başqa sink, mis ionlarını da birləşdirə bilir.
Funksiyası:
Ağız suyunun, südün, burun sekretinin tərkibində mövcud olan laktoferrin müxtəlif mənşəli patogenlərə qarşı qeyri-spesifik immunitetin yaranmasında iştirak edir. Bağırsaq divarının selikli qişasına akkumulyasiya olunan (iltihab zamanı) neytrofillərin qranulalarındakı laktoferrin mədə-bağırsaq traktını bakterial, viral və parazitar infeksiyaların təsirinə qarşı mühafizə edir. Bundan əlavə siçanlar üzərində aparılan tədqiqatlar zamanı laktoferrinin antikanserogen təsiri aşkarlanmışdır.
Klinik və diaqnostik əhəmiyyəti:
Fekal laktoferrin bağırsağın iltihabi xəstəlikləri zamanı vacib laborator göstərici hesab olunur. Laktoferrinin sintezi əsasən bağırsaqların iltihabi xəstəlikləri (Kron xəstəliyi, qeyri-spesifik xoralı kolit), mədə-bağırsaq traktının bakterial, funqal, parazitar infeksiyaları zamanı artır. Lakin bağırsağın iltihabi xəstəlikləri zamanı diaqnozu dəqiqləşdirmək üçün bu zülal digər laborator və instrumental üsullarla birgə müayinə olunmalıdır. Bağırsaqların bakterial, parazitar və funqal infeksiyaları zamanı bu zülal fekal kalprotektin, nəcisin bakterioloji müayinəsi, gizli qan sınağı, nəcisdə leykositlərin sayı, EÇS (eritrositlərin çökmə sürəti), C-reaktiv zülalla birgə tədqiq olunmalıdır. Analizin nəticəsi də bu testlərdəki dəyərlərə əsasən interpritasiya olunmalıdır.
Kron xəstəliyində, bağırsaq toxumasının struktur dəyişikliyində fekal kalprotektin artsa belə həlledici diaqnoz siqmoidoskopiya və kolonoskopiyadan sonra qoyulur.
Hazırda fekal laktoferrin bağırsaqların infeksion xəstəlikələrinin diaqnostik qiymətləndirilməsində geniş istifadə olunur. Bağırsaqlardakı xəstəliyin infeksion mənşəli və ya funksional mənşəli (qıcıqlandırılmış bağırsaq sindromu) olub olmadığını ayırd etmək üçün bu testin təyini xüsusi önəm kəsb edir.
Seliak xəstəliyi, infeksion kolit, nekrozlaşan enterokolit, bağırsaqların kistik fibrozu, kolorektal xərçəng zamanı da fekal laktoferrinin miqdarı arta bilər.
Xüsusi hazırlıq tələb olunmur.
Laktoferrinin miqdarı aşağıdakı hallarda normadan çox olur:
- Mədə-bağırsaq traktının bakterial infeksiyaları
- Kron xəstəliyi
- Qeyri-spesifik xoralı kolit
- Parazitar infeksiyalar
- Yoğun bağırsaq xərçəngi
Laktoferrin normal dəyəri aşağıdakı kimidir:
- < 7,25 μg/g
Tədqiqat metodu: İmmunoferment analiz (ELİSA)
Qeyd: Müayinə metodu və analizin icra olunduğu cihazdan asılı olaraq normal dəyər qismən fərqli ola bilər. Nəticəni düzgün qiymətləndirmək üçün bu, nəzərə alınmalıdır.
Nümunə: nativ nəcis və ya nəcis ekstraktı
Nümunə miqdarı: 5,0 g
Minimal miqdar: 1,0 g
Konteyner: bir dəfəlik istifadə üçün nəzərdə tutulmuş plastik steril qab (nativ nəcis üçün), yaxud içərisində ekstraksiyaedici bufer olan xüsusi nəcis qabı (nəcis ekstraktı üçün).
Saxlanma şəraiti:
Nativ nəcis:
- Otaq temperaturunda (15-25 ̊C) 2 gün
- Soyuducuda (4-8 ̊C) 8 gün
- Dondurulmuş (< -20 ̊C) 6 ay
Nəcis ekstraktı:
- Soyuducuda (4-8 ̊C) 2 həftə
- Dondurulmuş (< -20 ̊C) 3 ay
Nümunənin daşınma temperaturu:
- Otaq temperaturunda
Nümunənin rədd edilməsi:
- Sidik qarışmış nümunə
- Konservant qarışmış nümunə
- Nümunənin konteynerin kənarına yayılması
- Bez, mələfədə gətirilmiş nümunələr
Nümunənin götürülmə qaydası:
- Nümunə təbii defekasiya yoluyla ifraz olunmuş nəcis olmalıdır.
- Təzə material müayinə olunmalıdır.
- Təkrari müayinələr aparılacaqsa öncədən qablara ayrılmalıdır.
- Nümunə hər hansı bez və ya mələfədən götürülə bilməz.
Laktoferrin normal dəyəri aşağıdakı kimidir:
- < 7,25 μg/g
Tədqiqat metodu: İmmunoferment analiz (ELİSA)
Qeyd: Müayinə metodu və analizin icra olunduğu cihazdan asılı olaraq normal dəyər qismən fərqli ola bilər. Nəticəni düzgün qiymətləndirmək üçün bu, nəzərə alınmalıdır.
Müayinə müddəti
Qiymət

