




Tumor M2-Piruvatkinaza
Tumor M2-PK piruvatkinaza fermentinin dimer formasıdır. Şiş hüceyrələri tərəfindən sintez olunur. Nəcisdə bu fermentin təyini xərçəngönü xəstəliklərin və yoğun bağırsaq xərçənginin diaqnostik markeri (onkomarker) hesab olunur. Çünki bu patologiyalar zamanı nəcisdə tumor M2-PK-nın miqdarı normadan çox olur.
Tədqiqat metodu: İmmunoferment analiz (ELİSA)
Müayinəsinə göstəriş:
Tumor M2-PK yoğun bağırsağın displastik poliplərinin, adenokarsinomasının erkən diaqnozu, adenokarsinomanın mərhələsinin təyini, cərrahi müdaxilədən sonra bu xəstəliyin yenidən yaranma ehtimalının proqnozlaşdırılması üçün müayinə olunur.
Nümunənin verilməsindən 72 saat əvvəl bağırsaq peristaltikasını artıran preparatların, düz bağırsaq şamlarının, işlədici maddələrin istifadəsi dayandırılmalıdır.
Nəcisdə Tumor M2-PK-nın miqdarı aşağıdakı hallarda normadan çox olur:
- Displastik polip
- Çənbər bağırsağın, siqmoid və ya düz bağırsağın xərçəngi
Tumor M2-PK (nəcisdə) normal dəyəri aşağıdakı kimidir:
- < 4,0 U/ml
Tədqiqat metodu: İmmunoferment analiz (ELİSA)
Qeyd: Müayinə metodu və analizin icra olunduğu cihazdan asılı olaraq normal dəyər qismən fərqli ola bilər. Nəticəni düzgün qiymətləndirmək üçün bu, nəzərə alınmalıdır.
Tumor M2-PK qlikoliz reaksiyalarını kataliz edən piruvatkinaza fermentinin M2 izomerinin dimer formasıdır. Proliferasiya edən şiş hüceyrələri tərəfindən sintez olunur və bu hüceyrələrin metabolizmində iştirak edir. Normal hüceyrələrdə isə piruvatkinaza fermentinin M2 izomerinin mononmer forması mövcud olur (az miqdarda) və bu ferment qlikoliz prosesindəki fosfoenolpiruvatı piruvata çevirir.
Klinik və diaqnostik əhəmiyyəti:
Proliferasiya edən şiş hüceyrələrinin enerji tələbatını təmin etmək üçün qlikoliz prosesi intensivləşir və Tumor M2-PK-nın aktivliyi yüksəlir. Bu marker orqanspesifik deyil və müxtəlif mənşəli şişlər zamanı təyin oluna bilər. Nəcisdə təyin olunması isə yoğun bağırsaqdakı xərçəngönü xəstəliklərin (bağırsaq polipləri) və kolorektar xərçəngin diaqnozunu asanlaşdırır.
Fekal tumor M2-PK yoğun bağırsaq xərçənginin tədqiqi üçün istifadə olunan ən həssas qeyri-invaziv metoddur. Kolon (yoğun bağırsaq) xərçəngi zamanı bu testin həssaslığı təxminən 85%, rektal (düz bağırsaq) xərçəng zamanı isə 55%-dir. Nəcisdə gizli qan sınağından fərqli olaraq bu test vasitəsilə həm qanayan, həm də qanamayan bağırsaq şişlərini tədqiq etmək mümkündür. Buna görə son zamanlar yoğun bağırsağın adenokarsinomasının və displaktik poliplərinin skrininqi üçün fekal tumor M2-PK testi daha çox müayinə olunur. Pasientdə iştahanın azalması, bədən çəkisinin itirilməsi, nəcisdə qan, dəmir defisitli anemiya (şiş sağ tərəfdə yerləşdikdə), qəbizlik yaxud ishal (şiş sol tərəfdə yerləşdikdə) kimi yoğun bağırsaq xərçənginə xas əlamətlər mövcud olduqda, həmçinin bu xəstəliyin yaranma ehtimalını artıran faktorlar (piylənmə, genetik meyllilik, uzun müddət alkoqol qəbul etmək, siqaret çəkmək, azhərəkətli həyat tərzi, pasientin 50 yaşdan böyük olması, anamnezində qeyri-spesifik xoralı kolitin mövcudluğu) qeydə alındıqda fekal tumor M2-PK-nın müayinəsi tövsiyyə olunur. Mədə-bağırsaq traktının şişlərini düzgün tədqiq etmək üçün bu onkomarkerin CEA (karsinoembrionik antigen), Ca 19-9 və Ca 72-4 kimi onkomarkerlərlə birgə təyini daha informativdir. Lakin yoğun bağırsaq xərçənginin yekun diaqnozunda "qızıl standard" kolonoskopiya hesab olunur.
Nümunənin verilməsindən 72 saat əvvəl bağırsaq peristaltikasını artıran preparatların, düz bağırsaq şamlarının, işlədici maddələrin istifadəsi dayandırılmalıdır.
Nəcisdə Tumor M2-PK-nın miqdarı aşağıdakı hallarda normadan çox olur:
- Displastik polip
- Çənbər bağırsağın, siqmoid və ya düz bağırsağın xərçəngi
Tumor M2-PK (nəcisdə) normal dəyəri aşağıdakı kimidir:
- < 4,0 U/ml
Tədqiqat metodu: İmmunoferment analiz (ELİSA)
Qeyd: Müayinə metodu və analizin icra olunduğu cihazdan asılı olaraq normal dəyər qismən fərqli ola bilər. Nəticəni düzgün qiymətləndirmək üçün bu, nəzərə alınmalıdır.
Nümunə: nativ nəcis yaxud nəcis ekstraktı
Nümunə miqdarı: 5,0 g
Minimal miqdar: 1,0 g
Konteyner: bir dəfəlik istifadə üçün nəzərdə tutulmuş plastik steril qab (nativ nəcis üçün), yaxud içərisində ekstraksiyaedici bufer olan xüsusi nəcis qabı (nəcis ekstraktı üçün).
Nümunə götürüldükdən sonra 48 saat ərzində laboratoriyaya çatdırılmalıdır.
Saxlanma şəraiti:
Nativ nəcis:
- Otaq temperaturunda (15-25 ̊C) 2 gün
- Soyuducuda (4-8 ̊C) 3 gün
- Dondurulmuş (< -20 ̊C) 6 ay
Nəcis ekstraktı (durulaşmamış halda):
- Soyuducuda (4-8 ̊C) 1 gün
- Dondurulmuş (< -20 ̊C) 4 həftə
Nümunənin daşınma temperaturu:
- Otaq temperaturunda
Nümunənin rədd edilməsi:
- Sidik qarışmış nümunə
- Konservant qarışmış nümunə
- Nümunənin konteynerin kənarına yayılması
- Bez, mələfədə gətirilmiş nümunələr
Nümunənin götürülmə qaydası:
- Nümunə təbii defekasiya yoluyla ifraz olunmuş nəcis olmalıdır.
- Təzə material müayinə olunmalıdır.
- Təkrari müayinələr aparılacaqsa öncədən qablara ayrılmalıdır.
- Nümunə hər hansı bez və ya mələfədən götürülə bilməz.
Tumor M2-PK (nəcisdə) normal dəyəri aşağıdakı kimidir:
- < 4,0 U/ml
Tədqiqat metodu: İmmunoferment analiz (ELİSA)
Qeyd: Müayinə metodu və analizin icra olunduğu cihazdan asılı olaraq normal dəyər qismən fərqli ola bilər. Nəticəni düzgün qiymətləndirmək üçün bu, nəzərə alınmalıdır.
Müayinə müddəti
Qiymət

