




Nəcisdə gizli qanın təyini (immunokimyəvi metod)
Nəcisdə hemoqlobin (Hb) bağırsaq traktındakı (əsasən aşağı hissəsindəki) gizli qanaxmanı təyin etmək üçün müayinə olunan testdir. Yoğun bağırsağın xərçəngi, polipləri zamanı bu törəmələrin səthindən nəcis kütləsi keçdikdə qanama baş verir. Nəcisdə Hb-i təyin etməklə bu qanamanı təyin etmək mümkün olur. Bundan əlavə Kron, qeyri-spesifik xoralı kolit kimi bağırsaqların iltihabi xəstəlikləri zamanı da nəcisdə hemoqlobin aşkarlana bilər.
Tədqiqat metodu: İmmunoferment analiz (ELİSA)
Müayinəsinə göstəriş:
Nəcisdə Hb kolorektal xərçəngin, yoğun bağırsaq poliplərinin, həmçinin bağırsağın autoimmun iltihabi xəstəliklərinin (Kron xəstəliyi, qeyri-spesifik xoralı kolit) tədqiqi zamanı skrininq (tarama) testi kimi müqayinə olunur.
Xüsusi hazırlıq tələb olunmur.
Nəcisdə Hb (gizli qan) aşağıdakı hallarda pozitiv ola bilər:
- Kolorektal karsinoma
- Yoğun bağırsağın polipozları
- Kron xəstəliyi
- Qeyri-spesifik xoralı kolit
- Babasil
Qeyd: menstruasiya qanı qarışdıqda, aspirin, ibuprofen, varfarin kimi preparatların qəbulundan sonra nəcisdə Hb-nin miqdarı normadan yüksək ola bilər. Nəticəni məqsədəuyğun şəkildə dəyərləndirmək üçün bu faktorları nəzərə almaq lazımdır.
Nəcisdə Hb (gizli qan sınağı) normal dəyəri aşağıdakı kimidir:
- < 25 μg Hb/g nəcis (neqativ)
Tədqiqat metodu: İmmunoferment analiz (ELİSA)
Qeyd: Müayinə metodu və analizin icra olunduğu cihazdan asılı olaraq normal dəyər qismən fərqli ola bilər. Nəticəni düzgün qiymətləndirmək üçün bu nəzərə alınmalıdır.
Nəcisdə hemoqlobin (Hb) həzm traktındakı (əsasən kolorektal hissədəki) gizli qanaxmanı təyin etmək üçün müayinə olunan testdir.
Hemoqlobin (Hb) eritrositlərin tərkibində mövcud olan dəmir birləşdirici mürəkkəb zülaldır. Bu zülalın tərkibindəki qırmızı rəngli hem molekuluna görə eritrositlər qırmızı qan hüceyrələri kimi də adlandırılır. Hb-nin əsas funksiyası oksigeni böyük qan dövranı vasitəsilə periferik toxumalara, karbon qazını isə kiçik qan dövranı vasitəsilə periferik toxumalardan ağciyərə daşımaqdır. Normada nəcisdə Hb aşkarlanmır. Nəcisdə bu zülalın aşkarlanması həzm traktındakı (əsasən aşağı şöbəsindəki) patoloji qanaxmanı əks etdirir.
Klinik və diaqnostik əhəmiyyəti:
Nəcisdə Hb yoğun bağırsaqdakı xərçəngönü xəstəlikləri və kolorektal xərçəngi tədqiq etmək üçün müayinə olunur. Yoğun bağırsağın əsas xərçəngönü patologiyası poliplərdir. Bu törəmələr xoşxassəlidir və yaşı bir qədər çox olan pasientlərdə daha çox aşkarlanır. Bağırsaq divarında yerləşən poliplərin üç tipi mövcuddur:
- adenomatoz
- hiperplastik
- iltihabi poliplər.
Bunların arasında adenomatoz poliplərin bədxassəli şişə maliqnizasiya etmə ehtimalı daha çoxdur. Poliplər yoğun və ya düz bağırsağın mənfəzinə doğru uzanan barmaqvari kövrək çıxıntılardır.
Kolorektal xərçəngə kor bağırsaq, çənbər bağırsaq və düz bağırsaq divarında aşkarlanan bədxassəli törəmələr aid edilir. Xəstəliyin mərhələsindən asılı olaraq pasientdə iştahanın, bədən çəkisinin azalması, abdominal (qarın nahiyyəsindəki) sancı, qəbizlik yaxud ishal, qanazlığı kimi əlamətlər üzə çıxa bilər.
Defekasiya zamanı nəcis kütləsinin basqısı ilə yoğun bağırsaqdakı törəmələri təchiz edən qan damarları zədələnir və xaric olan nəcisə qan qarışır. Qanamanın miqdarı az olduqda yalnız müəyyən laborator üsullar vasitəsilə onu aşkarlamaq mümkündür. Son zamanlar ən həssas və spesifik laborator metod nəcisdə Hb-nin immunoferment analizi hesab olunur. Bu üsulla Hb-nin tərkibindəki qlobin molekulu təyin olunur. Qlobin molekulu müxtəlif canlılarda fərqli olduğu üçün bu test yalnız insanın özünə məxsus Hb-i müəyyənləşdirir. Ət məhsullarının tərkibində orqanizmə daxil olan heyvan mənşəli Hb-i isə aşkarlamır. Buna görə də analizdən əvvəl pəhriz gözlənilməsi tələb olunmur. Əvvəllər tətbiq olunan benzidin və qvayakan testlərində isə Hb-nin tərkibindəki hem molekulu təyin olunurdu. Bu molekul bütün canlılarda eyni olduğu üçün Hb-nin pasientə məxsus olduğunu və ya qəbul etdiyi qidanın tərkibində mövcud olduğunu fərqləndirmək mümkün olmurdu.
Nəcisdə Hb ailə anamnezində yoğun bağırsaq xərçəngi olan, uzun müddət alkoqollu içki qəbul edən, siqaret çəkən pasientlərdə və 50 yaşdan yuxarı şəxslərdə skrininq test (tarama testi) kimi müayinə olunmalıdır.
Kolorektal xərçəngin yekun diaqnozu isə kolonoskopiya, siqmoidoskopiya kimi funksional müayinə metodları vasitəsilə qoyulmalıdır.
Xüsusi hazırlıq tələb olunmur.
Nəcisdə Hb (gizli qan) aşağıdakı hallarda pozitiv ola bilər:
- Kolorektal karsinoma
- Yoğun bağırsağın polipozları
- Kron xəstəliyi
- Qeyri-spesifik xoralı kolit
- Babasil
Qeyd: menstruasiya qanı qarışdıqda, aspirin, ibuprofen, varfarin kimi preparatların qəbulundan sonra nəcisdə Hb-nin miqdarı normadan yüksək ola bilər. Nəticəni məqsədəuyğun şəkildə dəyərləndirmək üçün bu faktorları nəzərə almaq lazımdır.
Nəcisdə Hb (gizli qan sınağı) normal dəyəri aşağıdakı kimidir:
- < 25 μg Hb/g nəcis (neqativ)
Tədqiqat metodu: İmmunoferment analiz (ELİSA)
Qeyd: Müayinə metodu və analizin icra olunduğu cihazdan asılı olaraq normal dəyər qismən fərqli ola bilər. Nəticəni düzgün qiymətləndirmək üçün bu nəzərə alınmalıdır.
Nümunə: nativ nəcis yaxud nəcis ekstraktı
Nümunə miqdarı: 3,0 g
Minimal miqdar: 1,5 g
Konteyner: bir dəfəlik istifadə üçün nəzərdə tutulmuş plastik steril qab (nativ nəcis üçün), yaxud içərisində ekstraksiyaedici bufer olan xüsusi nəcis qabı (nəcis ekstraktı üçün).
Nümunə götürüldükdən sonra 48 saat ərzində laboratoriyaya çatdırılmalıdır.
Saxlanma şəraiti:
Nativ nəcis:
- Otaq temperaturunda (15-25 ̊C) 2 gün
- Soyuducuda (4-8 ̊C) 3 gün
- Dondurulmuş (< -20 ̊C) 6 ay
Nəcis ekstraktı (durulaşmamış halda):
- Soyuducuda (4-8 ̊C) 1 gün
- Dondurulmuş (< -20 ̊C) 4 həftə
Nümunənin daşınma temperaturu:
- Otaq temperaturunda
Nümunənin rədd edilməsi:
- Sidik qarışmış nümunə
- Konservant qarışmış nümunə
- Nümunənin konteynerin kənarına yayılması
- Bez, mələfədə gətirilmiş nümunələr
Nümunənin götürülmə qaydası:
- Nümunə təbii defekasiya yoluyla ifraz olunmuş nəcis olmalıdır.
- Təzə material müayinə olunmalıdır.
- Təkrari müayinələr aparılacaqsa öncədən qablara ayrılmalıdır.
- Nümunə hər hansı bez və ya mələfədən götürülə bilməz.
Nəcisdə Hb (gizli qan sınağı) normal dəyəri aşağıdakı kimidir:
- < 25 μg Hb/g nəcis (neqativ)
Tədqiqat metodu: İmmunoferment analiz (ELİSA)
Qeyd: Müayinə metodu və analizin icra olunduğu cihazdan asılı olaraq normal dəyər qismən fərqli ola bilər. Nəticəni düzgün qiymətləndirmək üçün bu nəzərə alınmalıdır.
Müayinə müddəti
Qiymət

