




Kəskin bağırsaq infeksiyaları (Shigella spp/ E.Coli (EIEC), Salmonella spp., Campylobacter spp., Adenovirus F, Rotavirus A, Norovirus GII, Astrovirus)
Ətraf mühit obyektlərində və klinik materiallarda Shigella spp., enteroinvaziv E. coli, Salmonella spp., termofil Campylobacter spp., Adenovirus F, Rotavirus A, Norovirus 2, Astrovirus mikroorqanizmlərinin DNT/RNT molekulunu PZR üsulu ilə müəyyənləşdirmək üçün tətbiq olunan multipraym testdir.
Shigella spp- Enterobacteriaceae ailəsinə daxil olan qram-mənfi bakteriyadır. İnsanda dizenteriya törədir. Əsas əlamətləri ishal, qızdırma, qarında sancı, köp, ürəkbulanma, qusmadır. Nəcis çox zaman selikli, qanlı, irinli olur.
Enteroinvaziv E. coli- Qram-mənfi bakteriyadır. Şigelliozabənzər bağırsaq infeksiyası törədir.
Salmonella spp- Enterobacteriaceae ailəsinə daxil olan qram-mənfi bakteriyadır. Hüceyrədaxili patogendir. Qida zəhərlənmələrində təyin olunur.
Termofil Campylobacter spp- Qram-mənfi bakteriyalardır. İnsanda bağırsaq infeksiyası törədir. Yaxşı bişməmiş quş məhsulları, çiy süd məhsulları, çirklənmiş su vasitəsilə yayılır. Pasientdə dizenteriyaya-bənzər əlamətlər müşahidə olunur.
Adenovirus F- Adenoviridae ailəsinə daxil olan DNT tərkibli virusdur. İmmun sistemi zəif olan şəxslərdə qastroenterit törədir.
Rotavirus A- Reoviridae ailəsinə daxil olan RNT tərkibli virusdur. Körpələrdə və İmmun sistemi zəif olan uşaqlarda qastroenterit törədir. Fekal-oral yolla yayılır.
Norovirus 2- Caliciviridae ailəsinə daxil olan RNT tərkibli virusdur. Fekal-oral yolla yayılır. Qastroenterit törədir. Pasientdə ishal (qansız), abdominal sancı, qusma əlamətləri olur.
Astrovirus- Astroviridae ailəsinə daxil olan RNT tərkibli virusdur. İmmun sistemi zəif olan şəxslərdə qastroenterit törədir.
Nümunə: nəcis və məişət suları
Nəcis steril plastik konteynerdə laboratoriyaya gətirilir, burada suspenziyası hazırlanır.
Su nümunəsi çənlərdən götürülür. Təmiz konteynerdə laboratoriyaya gətirilir. Su musluqlarından nümunə götürmək üçün kranın axar hissəsinin ətrafından bir neçə dəfə spirtli məşəl keçirmək, kranı tam açıb ilk gələn suyu 10 dəqiqə axıtdıqdan sonra konteynerə yığmaq lazımdır.
Müayinə müddəti
Qiymət

